“ATV məni yox, Polad Həşimovun xatirəsini təhqir edib” – Çingiz Abdullayevdən QALMAQALLI AÇIQLAMA

“ATV məni yox, Polad Həşimovun xatirəsini təhqir edib” – Çingiz Abdullayevdən QALMAQALLI AÇIQLAMA

Xalq yazıçısı Çingiz Abdullayevlə ATV telekanalı arasındakı ədavət davam edir.

 

Sfera.az bildirir ki, yazıçı ATV rəhbərliyini general Polad Həşimovun və oxucusu olmuş digər şəhidlərimizin xatirəsini təhqir etməkdə suçlayıb:

 

“Həşimov da mənim oxucum olub. Ceyhun Şalıyev kitablarımı oxuyub, onları toplayıb. O, Füzuliyə ilk girənlərdən biri olub. Onun atası məni oğlunun ölümünün ildönümünə dəvət edərkən evlərində xeyli kitabımın olduğunu söylədi. Başqa bir şəhidimiz, ingilis dilində təhsil almış Rüfət Əhmədzadənin anası onun axırıncı məktubunu mənə bağışladı. Şəhidlərdən biri Bakıya gəlməzdən əvvəl çamadanını mənim kitablarımla doldurub. Bu haqda onun anası danışıb. Belə çıxır ki, onlar hamısı “zir-zibil” oxuyub, öz vətənləri uğrunda ölümə gediblər. Axı mən nə deyim? Sizi Allaha həvalə edirəm”.

 

Ç.Abdullayev fikirlərini bu cür davam etdirib: “Sizin bu dünyada cəzanız yoxdur! Siz məni deyil, yüzlərlə şəhidin xatirəsini və oxucularımı təhqir etdiniz”.

 

Xatırladaq ki, bir müddət əvvəl ATV-də yayımlanan “Xəbərin olsun” verilişinin aparıcısı Kubra Məhərrəmova Çingiz Abdullayevin əsərlərini “zir-zibil” adlandırıb. Bunun ardından AYB bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, telekanal bununla bağlı açıqlama verməli və aparıcı cəzalandırılmalıdır.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

“Bred Pitt” qadınların 325 min avro pulunu mənimsəyib

İspaniya hakimiyyəti iki qadının 325 min avro pulunu aldatmaqla mənimsəyən, fırıldaqçılıqla məşğul olan beş nəfəri həbs edib.   Sfera.az bildirir ki, ş...

100 ildən çoxdur tərk edilib: Sahibi “Titanik”də ölən qəsr

Şəhər tədqiqatçısı və bloqqer (deserted_places) Fransada sahibinin 1912-ci ildə Titanikdə faciəvi şəkildə ölməsindən sonra tərk edilmiş qalanı ziyarət edib. ...

Heç nə etmədən gündə yüzlərlə dollar qazanır - FOTO

Dünyanı gəzən macəraçı Dryu Binski yaponiyalı Şoji Morimotonu işə götürüb. Bu adam bir neçə saat üçün təxminən 100 dollara "bir müddət dost" kimi işlə...

Rusiyada ukraynalılara qarşı 5 mindən çox cinayət işi başlanılıb

2014-cü ildən bəri Rusiya istintaq orqanları Ukrayna hərbi və siyasi hakimiyyət orqanlarının nümayəndələrinə, o cümlədən millətçi strukturlara qarşı 5300-dən ço...

Blinken:Sülh sazişi regiona sabitlik və rifah gətirəcək

ABŞ Dövlət Departamenti sentyabrın 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın BMT Baş Assamble...

Azərbaycanda Anım Günüdür

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür.   Sfera.az bildirir ki, Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təs...