Çin və Rusiya Qərbə qarşı gücünü BİRLƏŞDİRİR: Plan nədir?

Çin və Rusiya Qərbə qarşı gücünü BİRLƏŞDİRİR: Plan nədir?

“Moskva və Pekin Qərblə mübarizədə koordinasiyanı gücləndirir”.

 

Sfera.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

 

Onun sözlərinə görə, Qərb Kremllə münasibətlərini dondursa da, Pekinlə müxtəlif səviyyələrdə təmaslar davam edir:

 

“Qərb diplomatları Pekinə səfər edir və çinli rəsmiləri ölkələrinə dəvət edirlər. Qərblə Rusiya arasındakı münasibətlərdə görüş və müzakirələr yoxdur. Onlar BMT-də Sergey Lavrovla da görüşmədilər. Digər tərəfdən, Rusiya və Çin BMT, BRİCS, “böyük iyirmilər” və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində birgə əməkdaşlıq mövzularını müzakirə edirlər. Pekin və Moskva eyni zamanda Rusiya-Ukrayna müharibəsinin gedişatı barədə də fikir mübadiləsi aparırlar. ABŞ Prezidenti Co Bayden isə Çin lideri Si Cinpinlə görüşməyi planlaşdırıb. Bu məqsədlə amerikalı və çinli rəsmilər liderlərinin görüşünü hazırlamaq üçün tez-tez təmas qururlar. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Van Yi ilə Malta adasında 12 saatlıq müzakirələr aparıblar. Vaşinton və Pekin arasında təmaslar bundan sonra da davam edəcək”.

 

Ekspertin fikrincə, Vaşinqton yenə də Pekinə təzyiq siyasətindən imtina etmək istəmir:

 

“ABŞ Çin-Rusiya strateji tərəfdaşlığını, Çinin dənizlərdə hərbi gücünü artırmasını və Tayvan ətrafındakı vəziyyəti özü üçün təhlükə kimi qiymətləndirir. Vaşinqton bu səbəbdən bölgədə Çinə qarşı müxtəlif siyasi və hərbi ittifaqlar formalaşdırıb. Bunlardan biri yeni təsis edilib. Avqustun 18-də ABŞ, Cənubi Koreya və Yaponiya liderləri bir araya gəliblər. Bu sıraya, ABŞ, Yaponiya, Hindistan və Avstraliya (QUAD), o cümlədən ABŞ, Böyük Britaniya və Avstraliyadan formalaşan AUKUS təşkilatını da aid etmək olar. Bu ittifaqların hər biri Çinə qarşıdır”.

 

Günay

 


OXŞAR XƏBƏRLƏR

İranda DƏHŞƏTLİ QƏZA - 22 nəfər öldü, 36 nəfər yaralandı

İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.   Sfera az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmə...

Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.   Sfera.az-ın məlumatına görə, tədbirlə bağl...

Obameyanqın yeni klubu açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.   Sfera.az xəbər verir ki, bu barədə ins...

Prezident öz siyasətinin təməl prinsiplərini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obye...

“Bulvarda kino axşamı" adlı yeni layihə başladı

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19...

Kruiz gəmisində qalmaqal: 140 sərnişin müəmmalı xəstəlitə yoluxdu

ABŞ-ın Los-Anceles şəhərindən Meksikanın Puerto Vallarta şəhərinə bir həftəlik səyahət zamanı 3914 sərnişindən 134-ü, eləcə də yeddi ekipaj üzvü qəfildən xəstəl...