Kapitan 28 turistin ölümünə görə həbs edildi

Kapitan 28 turistin ölümünə görə həbs edildi

Macarıstan məhkəməsi ukraynalı kapitan Yuri Çaplinskinin həbsinə qərar verib.



Sfera.az bildirir ki, Yuri Çaplinski 2019-cu ildə Dunay çayında ekskursiya gəmisi ilə toqquşması nəticəsində 28 nəfərin ölümü ilə nəticələnən İsveçrənin "Vikinq Sigyn" kruiz gəmisinin kapitanı olub. Gəmidə olan 35 nəfərdən 7-nin xilas edildiyi məlum olub. Bir neçə cəsəd tez bir zamanda tapılsa da, qalanları sürətli axan çay tərəfindən aparılıb və ya qayığın içərisində sıxışıb qalıb.



2019-cu ilin may ayında yağan leysan zamanı cənubi koreyalı turistləri daşıyan “Rusalka” qəzadan bir neçə saniyə sonra batıb. Kapitan Yuri Çaplinski hər hansı qanun pozuntusunu inkar etsə də, kobud səhlənkarlıqda təqsirli bilinib. Onun apelyasiya şikayəti verəcəyi gözlənilir.


Çaplinskinin məhkəmə işi: təfərrüatlar



Macarıstan prokurorları 2020-ci ilin martında məhkəmədə Çaplinskinin dediyinə görə, "yağış zamanı bir neçə dəqiqə gəmini idarə etmək üçün kifayət qədər diqqət və konsentrasiyanı göstərə bilmədiyini bildirib.



"O, “Rusalka”nın varlığını hiss etməyib, əlaqə qurmayıb və təcili siqnallar verməyib".



2019-cu ildən həbsdə olan Yuri Çaplinski məhkəmədə ölümlə nəticələnən qəzadan dərin təəssü hissi keçirdiyini bildirib.



“Mən bu dəhşətli faciə ilə bağlı xatirələrdən bir dəqiqə də olsa yaxa qurtara bilmirəm, yata bilmirəm və düşünürəm ki, ömrümün sonuna qədər bununla yaşayacağam”.



Eyni zamanda məhkəmə 68 yaşlı kişiyə yardım göstərmədiyi üçün bəraət verib.


Dunayda ölümcül qəza barədə



Mayın 29-da yerli vaxtla saat 21:00 radələrində hər iki gəmi Budapeştin Marqaret körpüsünün altından keçərkən “Vikinq Siqyn” kruiz gəmisi “Rusalka” turist gəmisi ilə toqquşub.



Gəmidə olan 35 nəfərdən 7-si xilas edilib. Bir neçə cəsəd tez bir zamanda tapılsa da, qalanları çay tərəfindən aparılıb və ya qayığın içərisində sıxışıb.



Polis qayığın toqquşmadan bir neçə saniyə sonra batdığını bildirib.



Sağ qalanlardan biri olan sərnişin Jung Cənubi Koreyanın Yonhap xəbər agentliyinə "Cərəyan çox sürətli idi və insanlar sadəcə süpürüldü"-deyə bildirib.


Ölənlərdən 25-i Cənubi Koreyadandır. “Rusalka”nın kapitanı və ekipaj üzvü də dünyasını dəyişib. Qəzadan yalnız yeddi koreyalı sərnişin sağ qalıb, bir koreyalı isə hələ də itkindir.


Aynil
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

İranda DƏHŞƏTLİ QƏZA - 22 nəfər öldü, 36 nəfər yaralandı

İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.   Sfera az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmə...

Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.   Sfera.az-ın məlumatına görə, tədbirlə bağl...

Obameyanqın yeni klubu açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.   Sfera.az xəbər verir ki, bu barədə ins...

Prezident öz siyasətinin təməl prinsiplərini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obye...

“Bulvarda kino axşamı" adlı yeni layihə başladı

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19...

Kruiz gəmisində qalmaqal: 140 sərnişin müəmmalı xəstəlitə yoluxdu

ABŞ-ın Los-Anceles şəhərindən Meksikanın Puerto Vallarta şəhərinə bir həftəlik səyahət zamanı 3914 sərnişindən 134-ü, eləcə də yeddi ekipaj üzvü qəfildən xəstəl...