Azərbaycanda 40 yaşlı kişi faciəvi şəkildə ÖLDÜ

Azərbaycanda 40 yaşlı kişi faciəvi şəkildə ÖLDÜ

Ağcabədi rayonunda 40 yaşlı kişini ildırım vurub.

 

Sfera.az xəbər verir ki, hadisə rayonun Gələbədin kəndində baş verib.

 

Kənd sakini, 1983-cü il təvəllüdlü Samir Əkbərov təsərrüfat sahəsində iş görərkən onu ildırım vurub. Nəticədə ağır dərəcəli xəsarətlər alan şəxs hadisə yerində ölüb.

 

S.Əkbərovun meyiti hadisə yerindən götürülərək aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR