Ayağı, əli qapı arasında qalan uşaqlar, 40 dəqiqə gecikmə... - "77" nömrəli avtobusun sürücüləri vətəndaşlara niyə qənim kəsilib?

Ayağı, əli qapı arasında qalan uşaqlar, 40 dəqiqə gecikmə... -

Bakıda avtobusların gec gəlməsi, sürüclərin təhlükəli sürməsi haqqında dəfələrlə xəbərlər yazılıb. Ancaq budəfəki məsələ tamam başqadır.


Bu avtobusun sürücüləri vətəndaşlara qənim kəsilib. Dəfələrlə uşaqlar, yaşlılar qapı arasında qalıb. Sürücülərin isə bu vəziyyət heç vecinə belə deyil, qorxuları da yoxdur. Söhbət 77 nömrəli müntəzəm marşrut xəttindən (Yeni Yasamal, Ə.Əhmədov küçəsi-M.F.Axundov bağı) gedir. Sərnişinlərin çoxsaylı müraciət və şikayətlərinə baxmayaraq, 77 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarla bağlı problemli hallar aradan qaldırılmır. Bu marşrut xətti üzrə avtobusların sürücüləri qaydaları pozmaqda davam edir.

 

Redaksiyamıza 2 həftə əvvəl daxil olan şikayətdə bildirilib ki, sürücü avtobusun qapılarını tez bağladığı üçün bir 4-5 yaşlarında uşağın ayağı qapının arasında qalıb. Sərişinlər qışqırıb qapıların açılmasını istəsə də, sürücü nəzərə almayıb. Sözün əsl mənasında körpə uşağı sürüyüb. Valideyn sürücüyə şikayət edəcəyini desə də, onun vecinə olmayıb. Ötən gün də gənc bir xanım avtobusun qapısı arasında qalıb. Şikayətçilərin dediyinə görə, bu halllar ilk deyil.  77 nömrəli avtobus sürücülərinin "məharətindən" dəfələrlə azyaşlı, gənc, yaşlı sərnişinlər nəsiblərini alıblar və ölçü götürülməsə, almağa da davam edəcəklər kimi görünür.

 

Sözügedən marşrut xətti ilə bağlı tək şikayət bu da deyil. İntervalda gecikmələr də sərnişinlərin yaralı yeridir. Hətta gecikmələrin 40 dəqiqəyə çatdığı da bildirilib:

 

"Dünən də bu hal baş verib. Saat 21-22 arası 35-40 dəqiqə "77"ni gözləmişik. Pik saatlar da deyildi. Gözləyirlər ki, sərnişinlər dayanacaqlarda yığılsınlar, sonra gəlsinlər. Avtobusun içində iynə atsan, yerə düşməz. Hətta dəfələrlə sürücülərin öz aralarındakı telefon zənglərində  "planı tam doldurmamışam, dayanacaqlarda ləngi" demələrinə də şahid olmuşuq. Heç günün ən pik saatlarında digər marşrutlar üzrə hərəkət edən avtobuslar (14, 17) belə bu qədər gecikmir. Sürücülərə, dispetçerlərə irad bildirəndə isə ya kobudca "bəyənmirsən, taksiyə min" deyirlər, ya da heç saymırlar".

 

Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət etdik. Nazirlik rəsmisi müraciətimiz əsasında şikayətlərlə bağlı araşdırılma aparılacağı bildirdi.

 

Ümid edirik ki, vətəndaşlarımız daha çox zərər görmədən bu problemlər həll olunacaq.

 

Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR

Polisin "saxla" əmrinə tabe olmadı, piyadanı vurdu

Daşkəsəndə narkotiklərin qanunsuz dövriyyəsində şühbəli bilinən “Chevrolet” markalı avtomobilin sürücüsü polisin “saxla” işarəsinə baxma...

Ərdoğan və Əsəd Moskvada görüşə bilər

Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında 2011-ci ildən bəri ilk görüş Moskvada baş tuta bilər.   Sfera.az xəbər ve...

Qəfil qatar yoluna qaçan uşaq faciəvi şəkildə öldü

22 iyul tarixində saat 19:50 radələrində ADY-yə məxsus sürətli sərnişin qatarı Xırdalan stansiyasında hərəkətdə olarkən yol kənarında anası ilə birgə dayanmış a...

ABŞ prezidentliyinə namizəd Kamala Harris kimdir?

ABŞ-ın vitse-prezidenti, 59 yaşlı Kamala Harris 2024-cü il noyabrın 5-nə təyin edilmiş prezident seçkilərində iştirak etmək arzusunda olduğunu açıqlayıb. Sfe...

Xırdalanda yaşayış binasında yanğın- Sakinlərin təxliyə anı + VİDEO

Xırdalanda Həzi Aslanov küçəsində çoxmənzilli yaşayış binasında yanğın baş verib.   FHN-dən Sfera.az-a verilən məlumata görə, nazirliyin Dövlət Yanğı...

Baş nazirin sədrliyi ilə iclas: Qərar qəbul olundu

2024-2025-ci il istilik enerjisi təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işləri ilə bağlı iclas keçirilib.   Nazirlər Kabinetindən Sfera.az-...