Ukrayna ilə ABŞ arasında TARİXİ RAZILAŞMA Zelenski AÇIQLADI

Ukrayna ilə ABŞ arasında TARİXİ RAZILAŞMA – Zelenski AÇIQLADI

ABŞ və Ukrayna birgə silah istehsal etmək barədə razılığa gəliblər.

 

Sfera.az bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqtona səfərindən sonra “Telegram” kanalında paylaşım edib. O, razılaşmanı “birliyin yeni səviyyəsi” adlandırıb. 

 

“ABŞ ilə birgə müdafiə istehsalı tarixi hadisədir. Ukrayna artıq hava hücumundan müdafiə sistemləri istehsal edə biləcək. Biz Vaşinqtonla birlikdə silah istehsal edəcək yeni müdafiə ekosistemi yaratmağa hazırlaşırıq”, - deyə Zelenski bildirib.

 

Ukrayna lideri Pentaqonda müdafiə dəstəyi ilə bağlı da danışıqlar aparıb.

 

Günay


 


OXŞAR XƏBƏRLƏR