Azərbaycanda piylənmə diaqnozu iki dəfə artıb

Azərbaycanda piylənmə diaqnozu iki dəfə artıb

 

"Bunun əsas səbəbləri düzgün qidalanmama, lazımsız içkilər və ərzaqlardan istifadə və hərəkətsizlikdir”.

Azərbaycanda piylənmə aşkar edilən uşaqların sayı açıqlanıb.

Sfera.az Trend-ə istinadən xəbər verir ki, 2015-ci ildə 586 uşaqda ilk dəfə piylənmə aşkar edilib. Əhalinin hər 100 min nəfərinə bu göstərici 23 nəfər təşkil edib. 

2016-cı ilin əvvəlinə əhalinin hər 100 min nəfərinə düşən bu xəstələrin sayı isə 51 nəfər olub. Ötən il piylənmə aşkar edilmiş uşaqların 46,8%-i qız, 53,2%-i oğlan olub. Piylənmə aşkarlanmış qızların 66,8%-i 13 yaşına qədər, 33,2%-i 14-17 yaşlarında olub. Oğlanlarda isə bu göstərici müvafiq olaraq 65,1 və 34,9% təşkil edib.

Həkim-dietoloq Nərgiz Nəzirova deyib ki, əgər əvvəllər piylənmə orta yaşlı nəsil arasında müşahidə edilirdisə, indi xəstəlik gənc yaşlardan da başlayır.

Mütəxəssis hesab edir ki, digər xəstəliklər kimi, piylənmə də cavanlaşıb: "Bunun əsas səbəbləri düzgün qidalanmama, lazımsız içkilər və ərzaqlardan istifadədir. Piylənmənin səbəblərindən biri də hərəkətsizlikdir. İnsanda, ilk növbədə, daxili orqanlar piylənməyə başlayır.

Nəticədə onurğa problemləri, protruziya, yırtıqlar yaranır, damarların varikoz genişlənməsi başlayır. Artıq çəki insan üçün çox problemlər yaradır.

Köklük, eyni zamanda insana edilən tibbi müalicənin effektini aşağı salır. Ona görə də bir çox müalicələrdə insan əvvəlcə arıqlamalı, sonra müalicə olunmalıdır. Çünki bədəndə olan piy müalicənin effektini xeyli aşağı salır”.

Səhiyyə Nazirliyinin apardığı araşdırmalar nəticəsində müəyyən edilib ki, Azərbaycanda qeyri-infeksion xəstəliklərin böyük əksəriyyətinin baş verməsi tütündən istifadə, artıq çəki və qeyri-sağlam qidalanma kimi risk amilləri ilə bağlıdır.

Piylənmədən kişilərə nisbətən daha çox qadınlar əziyyət çəkirlər (müvafiq olaraq 16,4% və 27,2%). Bu risk amilinin yayılması 1980-2008-ci illər arasında dünya üzrə iki dəfə artıb.

Tədqiqatların nəticələrinə görə, Azərbaycanda əhalinin yalnız 6,4%-i məqsədli şəkildə idmanla məşğul olur. Azərbaycan zəngin tərəvəz və meyvə məhsulları ilə məşhur olsa da, əhalinin 40%-dən çoxu bu məhsullardan gündəlik istifadə etmir. 

Yaş qrupları, cinslər arasında ciddi fərq olmadan əhalinin əksəriyyəti (84,9%-i) gün ərzində ÜST tərəfindən tövsiyə edilən miqdardan az meyvə-tərəvəz istifadə etdiyini bildirib. Ev təsərrüfatlarının yarıdan çoxunda (54%) doymamış yağlardan istifadə edilir.


OXŞAR XƏBƏRLƏR

"Lənətlənmiş” 50 illik ev turistlərin sevimli yerinə çevrilib - FOTO

Haqqında söhbət açacağımız İngiltərənin paytaxtı Londonda 1535-ci ildə tikilmiş tarixi Tudor binası zəngin tarixi və qorxunc paranormal fəaliyyəti ilə tanınır. ...

COP29 günlərində rayonlara axın başlayacaq: Sıxlıqdan qorunmağın yolları

Azərbaycanda keçiriləcək möhtəşəm tədbirə -COP29-a artıq sayılı günlər qalır. Dövlət qurumları hazırlıq işlərini yekunlaşdırmaq üzrə olduqlarını bəyan ediblər. ...

Harris son sorğuda Trampı 3 faiz qabaqlayır

ABŞ-nin vitse-prezidenti, Demokratlar Partiyasının prezidentliyə namizədi Kamala Harris eks-prezident, respublikaçı Donald Trampı seçki reytinqində üç faiz bənd...

Almaniyada adi su əvəzində qazlı suya üstünlük verilməsinin MARAQLI SƏBƏBLƏRİ

Avropada, xüsusilə Almaniya kimi ölkələrdə restoran və marketlərdə adi sudan çox mineral suya üstünlük verilir. Bu vəziyyət əslində içki seçimindən çox mədəni v...

Millimiz Lüksemburqa da uduzdu

17 yaşadək qadınlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının I seçmə mərhələsində sonuncu oyununu keçirib.   Sfera.az xəbər verir ki...

Azərbaycanlı blogerdə xərçəng aşkarlandı - FOTO

İnfluenser Mehin Oktaylının (iconmekh) səhhətində problem yaranıb.   Sfera.az xəbər verir ki, bu barədə bloger özü məlumat yayıb.   O...