Dünyanın ultra zənginlərinin sayı azalıb – Son 10 ildə ilk dəfə

Dünyanın ultra zənginlərinin sayı azalıb – Son 10 ildə ilk dəfə

ABŞ-nin “Altrata” analitik informasiya mərkəzi tərəfindən hazırlanan hesabata əsasən ötən il ərzində dünyanın ultra varlı əhalisinin sayı 5,4 faiz azalıb. Ultra zənginlərin sayında azalma son 10 ildə ilk dəfə qeydə alınıb.

 

Sfera.az xəbər verir ki, mərkəz ultura zəngin dedikdə sərvətinin dəyəri 30 milyon dollardan artıq olan insanları nəzərdə tutur.

 

“Altrata” bildirir ki, ultra zənginlərin sayının azalmasına səbəb qlobal səviyyədə yüksək inflyasiyanın müşahidə olunmasından sonra mərkəzi bankların sərt pul-kredit siyasəti yürütməsidir. Bununla yanaşı Rusiya-Ukrayna müharibəsinin baş verməsi, Rusiyaya qarşı sərt sanksiyaların tətbiq olunması kapital bazarında qiymət səviyyəsinin enməsinə səbəb olub.

 

Analitik mərkəzə görə bu dəyişikliklər nəticəsində dünyada çoxlu sayda varlı insan böyük sərvət itkisi ilə üzləşib.

 

Sərvətlərdə ən çox itki Asiyada müşahidə olunub. Asiyanın ultra varlı əhalisi keçən il təxminən 10,9 faiz azalıb. Asiyanın ultra varlı əhalisisinin sayı 2022-ci ildə 108 370 nəfərə düşüb. Hesabata görə, Asiyanın super zəngin əhalisinin ümumi xalis sərvəti 12,13 trilyon dollar təşkil edib.

 

Asiyada ultra zənginlərin sayı azalsa da, bu qitənin böyük dövlətlərindən olan Hindistanın ultra zəngin əhalisi 3 faiz artıb.

 

Avropada varlıların sərvəti 11,73 trilyon dollar olub. Avropada ultra varlıların sayı 7,1 faiz azalaraq 100 850 nəfər olub.

 

Sərvətin böyüklüyünə görə zəngin region Şimali Amerikadır. Burada ultra varlıların 16,47 trilyon dollar dəyərində sərvəti var. Ötən il Şimali Amerikada varlıların sayı 4% azalıb və 142 990 nəfər olub.

 

Yaxın Şərq, Latın Amerikası və Karib hövzəsi ölkələrində isə ultra varlılar daha da varlanıb. Əmtəə qiymətlərinin artması səbəbindən Yaxın Şərqin ultra zəngin əhalisi 15,7% artıb, Latın Amerikası və Karib hövzəsi ölkələrində isə 17,5% artım qeydə alınıb.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

İranda DƏHŞƏTLİ QƏZA - 22 nəfər öldü, 36 nəfər yaralandı

İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.   Sfera az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmə...

Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.   Sfera.az-ın məlumatına görə, tədbirlə bağl...

Obameyanqın yeni klubu açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.   Sfera.az xəbər verir ki, bu barədə ins...

Prezident öz siyasətinin təməl prinsiplərini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obye...

“Bulvarda kino axşamı" adlı yeni layihə başladı

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19...

Kruiz gəmisində qalmaqal: 140 sərnişin müəmmalı xəstəlitə yoluxdu

ABŞ-ın Los-Anceles şəhərindən Meksikanın Puerto Vallarta şəhərinə bir həftəlik səyahət zamanı 3914 sərnişindən 134-ü, eləcə də yeddi ekipaj üzvü qəfildən xəstəl...