Abşeronda qaz problemi olacaq

Abşeronda qaz problemi olacaq

Abşeron rayonu ərazisində diametri 530 mm-lik yeraltı orta təzyiqli qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi ilə əlaqədar bu gün saat 20:00-dan işlər yekunlaşanadək təmir işləri aparılacaq.

Sfera.az SOCAR-ın saytına istinadən xəbər verir ki, təmir müddətində Xırdalan şəhəri, Qobu, Güzdək, Aşağı Güzdək, Atyalı, Nubar və Hökməli qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. Aparılan işlərin Binəqədi rayonu Çiçək yaşayış massivinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Abonentlərin nəzərinə çatdırılır ki, görüləcək təmir-bərpa işləri gecə saatlarında bitəcəyi tədqirdə texniki təhlükəsizlik qaydaları nəzərə alınaraq, təbii qazın verilişi ertəsi gün səhər saatlarında bərpa ediləcək.

Azəriqaz İB-yi yaranmış məhdudiyyətlə bağlı abonentlərdən üzr istəyir və bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını xahiş edir.


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...