Az yatmaq bizim cisim və ruhumuzla nə edir?

Az yatmaq bizim cisim və ruhumuzla nə edir?

Az yatmaq qısa bir zamanda insan bədəninə aradan qaldıra bilməyən təsirlər qoya bilər. İnsan öz sağlamlığını təhlükəyə salar.

Yəqin ki, bu hal sizin də başınıza gəlib ki, işinizin çox olmasına görə gecəni yata bilməmisiniz. Ancaq əgər bilsəniz ki, yuxusuzluq sizin bədəninizlə nə edir, o zaman heç bir zaman yuxusuz qalmazdınız. Əsnəmək yaxşıdır, ancaq əgər bir-birinin ardınca çox əsnəyirsinizsə, bədəniniz sizə nə isə demək istəyir.
Sfera.az deyerler.org-a istinadən bildirir ki, yuxusuzluq və az yatmaq bədənin ümumi sağlamlığına mənfi təsirlər qoyar. Zaman keçdikcə, siz daha ciddi problemlərlə üzləşəcəksiniz. Həyat keyfiyyətiniz aşağı düşəcəkdir. Daimi yorğunluq hissi sizi əldən salacaqdır və bir müddət sonra bu halı aradan qaldırmaq mümkünsüz olacaqdır.
Az yatmağın sağlamlığımıza vurduğu ziyanları tanıyaq:
1. Az yatmaq tədricən insanda ürək xəstəliklərinə yol açar və həyat keyfiyyətini aşağı salar.
2. Az yatmaq beyin fəaliyyətində çətinliklər yaradar və hafizəni kütləşdirər.
3. Yuxusuzluq sizi hövsələsiz, yorğun, həssas, tez inciyən və pis əxlaqlı edər. Hətta özünüzü kontrol etməyi belə əldən verərsiniz.
4. Yuxusuzluq yol qəzalarına yol açar və qəzaların olmaq ehtimalını yüksəldər.
5. Yuxusuzluq diqqəti toplamağı zəiflədər.
6. Yuxusuzluq immun sistemini zəiflədər və çox rahatlıqla xəstələnərsiniz.
7. Yuxusuzluq hətta intihara gətirib çıxarda bilər.
8. Əgər uzun müddət yaxşı yatmağı bacarmamısınızsa, gün ərzində çox hallarda mürgüləyərsiniz. Gündəlik işləriniz axsayar və həssas işlərdə problemlərlə üzləşərsiniz.
9. Əgər sizin qan təzqiyiniz yuxarıdırsa, yuxusuzluq onu daha da qaldırar.
10. Yuxusuzluq yeməkdən sonra bədəninizdə xaric olan insulinə təsir edər. Ona görə də diabet xəstəliyi riskinə məruz qalarsınız.


OXŞAR XƏBƏRLƏR

Daim tüklərinin rəngi dəyişən nadir pişiklər doğuldu - FOTOLAR

Şotlandiyada qeyri-adi unikal pişiklər nadir bir xəstəliklə doğulublar. Qeyd edək ki, bu xəstəlik nəticəsində pişiklərin tükləri daim rəngini dəyişir. Balalar a...

İdmançılarımız Vətənə döndülər - FOTO

Fransanın paytaxtı Paris şəhərində keçirilən Yay Paralimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançıları Vətənə dönüblər.   Sfera.az AZƏRTAC-a ...

Beyinə təsir edən yeni virus yayılıb - Bu üsulla keçir...

Alimlər gənə vasitəsilə ötürülən və sinir sisteminə, o cümlədən beyinə ziyan vuran yeni virus aşkar ediblər. Sfera.az xəbər verir ki, aşkara çıxarılan yeni...

Ancelina Coli premyeraya oğlu ilə qatıldı - FOTO

Hollivud ulduzu Ancelina Coli ötən axşam Toronto Beynəlxalq Film Festivalında “Qansız” filminin qala gecəsində görünüb.   Sfera.az bildirir...

Selena Qomez səhhətindəki problemlərdən danışdı:“Uşaq dünyaya gətirə bilmərəm”:

Amerikalı müğənni, aktrisa və iş qadını Selena Qomez “Vanity Fair” moda jurnalının üz qabığına çəkilərkən müsahibə verib. O, müsahibəsində səhhətind...

Fərqində olmadığımız təhlükə: “Gecə bayquşları” təhlükəli xəstəliyə daha həssasdırlar

Bu yaxınlarda aparılan araşdırma zamanı özlərini "gecə bayquşu" adlandıran (gec yatıb gec oyanamağa üstünlük verən insanların), erkən qalxanlar ilə mü...