Bu turizm şəhəri turistlərlə mübarizə aparmağa qərar verdi
Avstriyanın ən məşhur turizm şəhəri Hallstattın sakinləri turistlərin sayını azaltmaq qərarına gəliblər.
Sfera.az bildirir ki, şəhərin 800 sakini var və hər il buraya turist axını bir milyon nəfər təşkil edir.
Sakinlər artıq qonaqların həddindən artıq diqqətindən yorulublar və sadəcə tək qalmaq istəyirlər.
Belə ki, şəhər rəhbərliyi sakinlərlə birlikdə uzun müddətdir ki, böyük turist kütləsi ilə məşğul olmağa çalışsalar da, görülən tədbirlər istənilən nəticəni vermir, ona görə də ən çox turistlərin gəldiyi yerdə selfi çəkdirməyə qadağa qoyulması qərara alınıb.
Bunun üçün çəkiliş üçün olan ən cəlbedici yerə hündür hasar çəkilib. Beləliklə, bütün o gözəlliyin qarşısını kəsiblər və turistlər gözəl fotolar olmadan evlərinə qayıtmağa məcbur olurlar.
Şəhərin meri Alexander Shoyts belə tədbirləri yerli əhalinin sadəcə dinc yaşamaq istəməsi ilə izah edib, çünki turist axını sonsuzdur.
Üstəlik, onlar əsasən bir yerdə - Hallstatt şəhər kilsəsinin mənzərəsi olan yerdə toplaşırlar. Nəticədə ora getmək demək olar ki, mümkün olmur.
İndiyədək orada müvəqqəti taxta hasar çəkilib və onun taleyi ilə bağlı yekun qərar ictimai müzakirələrdən sonra veriləcək.
Əvvəllər hakimiyyət artıq turist avtobuslarının limitini azaltmaqla Hallstatta turist axınını azaltmağa çalışsa da, bu kifayət etməyib.
Şəhərin meri bildirib ki, o, turistlərə Hallstattda insanların yaşadığını xatırladan pankart asmaq istəyir.
Aynil
Sfera.az