Kərimin oxuduğu toyda qiyamət qopub - VİDEO

Kərimin oxuduğu toyda qiyamət qopub - VİDEO

Müğənni Kərim Abbasovun idarə etdiyi toyda səs-küylü hadisə yaşanıb. 


Sfera.az Bizim.Media-a istinadən xəbər verir ki, bununla bağlı sənətçi qonaq olduğu “7 özəl” verilişində danışıb. 
 

Abbasov bildirib ki, toyda ansamblının musiqiçiləri ac qaldığından onlara dönər sifariş etməsi ev yiyəsi ilə restoranın administatoru arasında davaya səbəb olub: 
 

“Apardığım toyların birində başıma belə bir hadisə gəlib. Ev yiyəsi hər bir şeyin pulunu ödəyib. Amma ansamblımda olan musiqiçilərim hamısı ac qalıb. Onlar da mənə heç nə deməyiblər. Oturub çay içiblər. Toya yarım saat qalmış gəlib çıxıram. Heç kim heç nə danışmır. Düşündüm ki, musiqiçilərim yeyib-içiblər, hər şey qaydasındadır.
 

Özüm də toyda yeyib-içən insan deyiləm. Evdə yeyib, gəlirəm məclisə. Musiqiçilərdən biri söylədi ki, biz acıq, heç nə yeməmişik. Bunu biləndən sonra, prinsipə düşüb, onlara çatdırılma yolu ilə zəng vurub, dönər sifariş verdim. Hamısına dönər payladım. Ev yiyəsi bunu kənardan görüb bizə yaxınlaşdı. Bundan sonra məclisdə qiyamət qopdu. Toy çox dəbdəbəli bir restoranda idi. Bu, restorana təhqir idi.


Restoranı pərt etdim ki, musiqiçilər toyda dönər yeyirlər. Restoran o təhqiri qəbul etdi. Bu hadisədən sonra musiqiçilərim üçün böyük süfrə açıldı. Ev yiyəsi sual verir ki, mənə bunu öncədən niyə demədin? Cavab verdim ki,  başın qonaqlarına qarışıb və bu dəqiqə sən o halda deyilsən, səni necə narahat edim.
Durub burada qarnımın davasını edən deyiləm. Ayıb deyilən bir məsələ var. Kabab yedik və ya dönər... Nə fərqi var ki? Amma bu, bir çox administatorların qurduğu tələdir. Ev yiyəsi 100 manatdan pul veribsə, administrator 20 manatdan adam başına yazacaq, qalan 80 manatı isə cibinə qoyacaq. 20 manatlıq da süfrə açacaq. Belə məsələlər el şənliklərində çox olur”. 
 


OXŞAR XƏBƏRLƏR

Tanınmış müğənniyə ağır itki

Müğənni Yaşar Cəlilovun ailəsinə ağır itki üz verib.   Sfera az xəbər verir ki, AZXEBER.COM-un əldə etdiyi məlumata görə sənətçinin anası Maisə ...

Azərbaycandakı şəkərli diabet xəstələrinin sayı açıqlandı

2024-cü ildə ilk dəfə qoyulmuş diaqnozla qeydə alınan şəkərli diabet xəstələrinin sayı 33 533 nəfər olub.   Bu barədə Sfera.az-a Dövlət Statisti...

Çimərliklərdə bunlar qadağandır - Polis nəzarətə başladı - FOTO

"Çimərliklərdə nəqliyyat vasitələri və heyvanlarla hərəkət qadağandır".   Sfera.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmət...

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.   Sfera.az nazirliyə istinadən icmalı təqdim edir:   ...

Sülhə aparan yol Ermənistan konstitusiyasına dəyişiklikdən və Minsk qrupunun ləğvindən keçir

III Şuşa Qlobal Media Forumu Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin təmin olunması istiqamətində ciddi müzakirələrə və mesajlara şahidlik etdi. Forumd...

Prezidentin köməkçisi Şuşadan paylaşım ETDİ - VİDEO

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşadan paylaşım edib.   ...