\"Belarus Ukraynadakı döyüşlərə girməyə hazırlaşır\" - “Associated Press”

\

Ukrayna Belarusun döyüşlərdə birbaşa iştirakından narahatdır.

 

Sfera.az bildirir ki, buna səbəb belaruslu kişilərin hərbi təlimlərə çağırılması olub.  

 

Minskdə hərbi təlimlərə çağırılan mühəndis Ruslan “Associated Press”ə (AP) açıqlamasında rus qoşunlarının artıq Belarusda olduğunu deyib: “Ölkəmizin Ukraynaya qarşı müharibəyə girməyəcəyini desələr də, rus döyüş təyyarələrinin evimin üstündən Minsk yaxınlığındakı Maçulişçi aviabazasına doğru hərəkət etdiyini eşidirəm. Belarus tədricən hərbi kazarmaya çevrilir”.

 

O, təhlükəsizliyindən narahat olduğu üçün tam adını açıqlamamağa üstünlük verib.

 

Digər Belarus vətəndaşı 54 yaşlı menecer Svyatlana isə bu yaxınlarda şəhərdə yeni Belarus hava hücumundan müdafiə bölməsinin yaradıldığını deyib:Qoşunların sayı artdıqca müharibə qorxusu da artır”.

 

Digər tərəfdən, “AP” Ukrayna Prezidentinin səfərini xatırladıb: “Volodimir Zelenski, bu ayın əvvəlində şimal-qərb Volın vilayətində sərhədçilərə baş çəkərək deyib ki, ölkə Belarusdan mümkün işğala “hazır olmalıdır””.

 

Günay Rəsulqızı

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda ilk dəfə qar voleybolu üzrə ölkə çempionatı keçiriləcək

Azərbaycanda ilk dəfə qar voleybolu üzrə ölkə çempionatı keçiriləcək.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının (AVF) ...

Ukrayna PUA-ları Rusiyanın ən böyük zavodlarından birinin sonunu gətirib

Rusiyanın ən böyük mikroelektronika istehsalçılarından biri olan Bryansk "Kremniy EL" zavodu pilotsuz təyyarələrin hücumundan sonra fəaliyyətini dayan...

Üzeyir Mehdizadə ilk dəfə ailəsindən danışdı - 3 övladım...

"Kiçik banketlərə yüksək qonorar verəndə belə getmirəm. Düz gəlmir, səhnə də olmur. Mənə pul önəmli deyil. Başqa ölkələrdən şirkətlər zəng vurur, dəvət edi...

“Azərpoçt” Şuşada fəaliyyət göstərməyə başladı

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC növbəti poçt məntəqəsini Şuşa şəhərində açıb.   Sfera.az şirkətə istinadə...

İndoneziyada torpaq sürüşməsi baş verdi - 25 nəfər...

İndoneziyanın Yava adasında baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.   Sfera.az xəbər verir ki, bu barədə “R...

Paşinyanın Türkiyə ilə bağlı qərarı Rusiyanın regiondakı mövqeyinə necə təsir edəcək? - AÇIQLAMA

Dünən Nikol Paşinyan panel müzakirəsi zamanı bildirib ki, Ermənistan regiondakı ölkələrlə iqtisadi əlaqələri gücləndirmək niyyətindədir və təkcə Azərbaycanla de...