Xaçmazda ölümlə nəticələnən avtoqəza baş verdi

23:25 / 14.02.2023
20232
Xaçmazda ölümlə nəticələnən avtoqəza baş verib.
Sfera.az-ın məlumatına görə, Xaçmaz-Xudat avtomobil yolunun Müzəffəroba kəndindən keçən hissəsində avtomobil yolu keçmək istəyən piyadanı, 1958-ci il təvəllüdlü Babayev Ağa Ağabala oğlunu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
A.Babayevin meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Fakt araşdırılır.