Oğul anasını ağacla döyüb xəstəxanalıq etdi

Hadisə
22:58 / 12.02.2023
15243
Bakının Nəsimi rayonunda oğul anasını döyüb.
Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Azadlıq prospektində qeydə alınıb.
Belə ki, 1957-ci il təvəllüdlü Mustafayeva Afizər Yunis qızı yaşadığı evdə oğlunun işgəncəsinə məruz qalıb.
Oğlu onu ağac budağı ilə döyüb. Qadın qonşuların köməkliyi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
A.Mustafayevaya qapalı kəllə-beyin travması, alın nahiyyəsinin açıq yarası və burun sümüklərinin yer dəyişən sınığı diaqnozu qoyulub. O, reanimasiya şöbəsinə yerləşdirilib.
Faktı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.