\"Yahoo\"-a qarşı casusluq ittihamı

\

 

 

ABŞ-ın "Yahoo" şirkəti hüquq-mühafizə orqanlarının lehinə öz istifadəçilərinə qarşı casusluq edib.

 

Sfera.az APA-a istinadən xəbər verir ki, şirkət gizli proqram vasitəsilə istifadəçilərinin yazışmalarına nəzarət edib. "Burada əsas məqsəd Milli Təhlükəsizlik Agentliyini və Federal Tədqiqatlar Bürosunu lazımi informasiya ilə təmin etmək olub", - portal şirkətin sabiq əməkdaşlarına istinadən yazır.

 

Adlarının anonim saxlanılmasını istəyən mütəxəssislər deyir ki, şirkət rəsmi Vaşinqtonun sorğuları əsasından milyonlarla akkaunta nəzarət edib.

 

"Şirkətin menecmentində təmsil olunan bir sıra şəxslər bu cür siyasətlə razı deyildi. Nəticədə onlar yeni iş yeri axtarmağa məcbur oldu", - deyə onlar qeyd edib.

 

Yeri gəlmişkən, qalmaqalı Milli Təhlükəsizlik Agentliyinin sabiq əməkdaşı, hazırda Rusiyada mühacirətdə olan Edvard Snouden də şərh edib. O öz "Twitter" hesabı vasitəsilə hər kəsi "Yahoo"dan imtina etməyə çağırıb: "ABŞ qanunlarını kobud şəkildə pozan şirkətin hərəkətləri heç bir çərçivəyə sığmır".

 

"Yahoo" rəhbərliyi isə hər hansı şərh verməyə tələsmir.

 


OXŞAR XƏBƏRLƏR

Mərkəzi Bank dolların bu günə olan məzənnəsini AÇIQLADI

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.   Sfera.az-ın məlumatına görə, 2025-ci il yanvarın 15-də ABŞ dollarının məzənnəsi ...

Cənubi Koreya Prezidenti həbs olundu

Müstəntiqlər Cənubi Koreya tarixində ilk dəfə müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılmış, lakin fəaliyyətdə olan Prezident Yun Sok Yolu qiyam ittihamı ilə h...

Rəsmi Bakıdan ABŞ səfirliyinə- CAVAB

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə ABŞ-nin Bakıdakı səfirliyinin iddialarına cavab verib.   Sfera.az xəbər verir...

Yaşar Əliyev Quterreşlə görüşdü

Azərbaycanın BMT yanında sabiq daimi nümayəndəsi Yaşar Əliyev dünya təşkilatının Baş katibi Antonio Quterreşlə görüşüb.   Sfera.az xəbər verir ki, bu...

Ən sağlam balıq növləri BUNLARDIR - Diyetoloqdan AÇIQLAMA

Bəzi balıq növləri sağlamlıq üçün xüsusilə faydalıdır.   Sfera.az xəbər verir ki, bunu qastroenteroloq və diyetoloq Elvira Beleva deyib. Onun sözləri...

Los Ancelesdəki yanğınlara Yeni il atəşfəşanlığının səbəb olduğu ehtimal edilir

Kaliforniya və Los-Ancelesdə yanğınlar yenidən güclənir və dünya məşhurları dəbdəbəli evlərini itirirlər. İlk yanğının mənbəyi Yeni il ərəfəsindəki atəşfəşanlıq...