“Evə girməzdən əvvəl işığı kəsiblər” - Şöbə müdirinin qətlinin DETALLARI + FOTO

“Evə girməzdən əvvəl işığı kəsiblər” - Şöbə müdirinin qətlinin DETALLARI + FOTO

Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarovun dünən axşam saatlarında bıçaqlanması barədə yeni detallar məlum olub.

 

Sfera.az Oxu.Az-a istinadən xəbər verir ki, B.Cabbarov gəlini ilə birlikdə mənzildə olan zaman qətlə yetirilib. 

 

Hadisəni törədən naməlum şəxs (şəxslər) tərəfindən mənzilə daxil olmadan əvvəl elektrik enerjisi kəsilib.

 

Daha sonra evin ikinci mərtəbəsində həkimə 21 bıçaq zərbəsi vurulub. 

 

Hadisə yerinə təcili tibbi yardım maşını çağırılıb və həkim briqadası əraziyə yollanıb. B.Cabbarov Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

 

Hadisə baş verən zaman onun oğlu evdə olmayıb. İlkin ehtimallarda hadisənin qisas xarakterli olması bildirilir. 

 

Hadisə baş verən zaman evdən pul və ya zinət əşyaları oğurlanmayıb.

 

Həkimin evinə gələn şəxs (şəxslərin) yaxınlıqda yerləşən mənzilin müşahidə kamerasına düşdüyü qeyd edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə Regional Qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı Oxu.Az-a açıqlamasında bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır:

 

“Hadisəni törədən şəxs və şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir”.

 

Qeyd edək ki, B.Cabbarov 1958-ci ildə Yevlax rayonunun Qaraoğlan kəndində anadan olub. 1976-1982-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 1983-cü ildən etibarən Yevlax rayonunda yerləşən vərəm əleyhinə dispanserdə həkim, 2000-ci ildən həmin müəssisədə baş həkim vəzifəsində fəaliyyət göstərib. 2017-ci ildən bu günədək Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri işləyib.


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...