Azərbaycanın bahalı həkimləri - Özəl klinikalarda həkim qəbulu neçəyədir? 

Azərbaycanın bahalı həkimləri - Özəl klinikalarda həkim qəbulu neçəyədir? 

Azərbaycanda fəaliyyət göstərən bəzi özəl xəstəxanalar son vaxtlar həkimlərin konsultasiya qiymətlərini artırıb.

 

Sfera.az-ın məlumatına görə, ötən il 50-60 manata xəstə qəbul edən həkimlər bu il qiyməti 80-100 manata, 80 manata olanlar isə 120 və daha yuxarı qiymətə qaldırıblar. Məşhur həkimlərin qəbul qiymətləri isə daha yuxarıdır. Bəzi həkimlərin qəbulları 200 manatdır.  

 

Bəs bu qiymətlər hansı meyarlar əsasında formalaşır?

 

Ürək-damar cərrahı Cabir Gülmalıyev deyir ki, qiymət ixtisasa və həkimin akademik ünvanına görə dəyişir. Yəni burada keyfiyyət xüsusi rol oynayır. O ki qaldı müayinə və konsultasiya proseduruna, burada dəyişən nəsə yoxdur.

 

Standart prosedura uyğun olaraq, əlavə instrumental müayinə və analizlər isə bu məbləğə daxil deyil.

 

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim qastroentoloq Emin Məmmədov da həkim qəbulunda prosedurun bənzər olduğunu deyir.  

 

Mütəxəssislər deyirlər ki, özəl klinikalar kommersiya fəaliyyəti göstərən tibb müəssisələri olduğundan və avadanlıqlar, istifadə edilən məhsulların xaricdən gətirilməsi xəstə qəbulu qiymətlərinə də təsir edir.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...