Mirzə Əliyev vəzifəsindən azad olundu

Cəmiyyət
15:03 / 10.01.2023
14077
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev tutduğu vəzifədən azad olunub.
Sfera.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyindən “Qafqazinfo”ya xəbəri təsdiqləyiblər.
Bildirilib ki, hələ ki, Agentliyin sədri vəzifəsinə yeni təyinat yoxdur.
Qeyd edək ki, bu barədə ilk xəbəri Demokrat.az saytı yayıb.