Ölən polislərdən biri Ramiz Mehdiyevin kürəkəninin qohumudur - FOTO

Cəmiyyət
10:56 / 10.01.2023
12241
Xəbər verdiyimiz kimi, dünən səhər saatlarında Siyəzəndə iki polis zabiti dəm qazından boğularaq vəfat edib.
Sfera.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, vəfat edən polislərdən biri - 35 yaşlı Elmir Əsgərov AMEA prezidenti Ramiz Mehdiyevin toy qalmaqalına görə həbs olunan kürəkəni İlham Əliyevin (Əli-Səftər) yaxın qohumudur.
Qeyd edək ki, Siyəzən RPŞ-nin əməkdaşları, polis leytenantları - 35 yaşlı Elmir Əsgərov və 36 yaşlı Faiq İsgəndərov kirayə yaşadıqları mənzildə dəm qazından boğularaq ölüblər.
Faktla bağlı araşdırma aparılır.