AGF-in baş katibi “Tərəqqi” medalı ilə təltif edildi - FOTO

Cəmiyyət
16:56 / 09.01.2023
18091
Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadə Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Sfera.az xəbər verir ki, bu barədə AGF-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, N. Məmmədzadə mükafatı Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin iştirak etdiyi 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə alıb.