Qar ağır qəzalara səbəb oldu - Ölənlər var  +  RƏSMİ

Qar ağır qəzalara səbəb oldu - Ölənlər var  +  RƏSMİ

Ötən gecədən etibarən respublika yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə üç ölüm faktı qeydə alınıb. 

 

Sfera.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev məlumat verib. 

 

Onun sözlərinə görə, qarlı hava şəraiti ilə bağlı Qusar, Quba, İsmayıllı, Xızı rayonları istiqamətində avtomobil yollarında beş yol-nəqliyyat hadisəsi baş vetib.

 

“Bu hadisələr nəticəsində müxtəlif dərəcəli xəsarətlər olsa da, ölüm faktı qeydə alınmayıb. Gecəboyu bölgələrdə BDYPİ-nin əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstəriblər. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) çoxsaylı texnikası gecəboyu yolun təmizlənməsində iştirak edib. Eyni zamanda İsmayıllı-Şamaxı yolu yük avtomobilləri, sərnişin avtobus və mikroavtobusları üçün təhlükəli olduğundan onlara alternativ (Qaraməryəm istiqamətində) yol üzrə istiqamət verilib.

 

Həmçinin sərnişin avtobus və mikroavtobusları yol patrul avtomobilləri tərəfindən müşayiət edilib. Daha sonra sürüşmə ehtimalı olan yollarda nəqliyyat vasitələrinin tək-tək hərəkətinə icazə verilməyib, kortej yaradılaraq yol patrul avtomobilinin müşayiəti təşkil olunub.

 

Bir daha xahiş edirik ki, qeyri-sabit hava şəraitində sürücülük vərdişləri olmayan sürücülər yollara çıxmasınlar, eyni zamanda, nəqliyyat vasitələrinin texniki vəziyyəti nasaz olan (xüsusilə əyləc sistemi), eləcə də mövsümi şinləri olmayan avtomobillərlə yollara çıxmasınlar. Nəzərə alsınlar ki, belə nəqliyyat vasitələrinin sürüşmə halları daha çoxdur və nəticədə hər hansı bir yol-nəqliyyat hadisəsinə, eləcə də sıxlığa səbəb ola bilirlər”, - qurum rəsmisi vurğulayıb.(Modern.az )


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...