Tanınmış bokusçu rinqdə öldü
İdman
22:38 / 01.10.2016
2540
Orta çəkidə çıxış edən britaniyalı boksçu Mayk Touell Deyl Evans ilə döyüş zamanı aldığı zədələrdən dünyasını dəyişib.
Bu barədə "Daily Mail” qəzeti yazıb. Qarşılaşma cümə axşamı Qlazqo şəhərində keçirilib. Touell görüşün beşinci raundunda ağır nokauta düşüb və rinqi xərəkdə tərk edib. Daha sonra tibbi personalın yardımı ilə xəstəxanaya aparılıb.
Boksçunun meneceri məlumat verib ki, idmançı ciddi zədə alıb və yalnız süni nəfəs aparatı ilə nəfəs ala bilib. Şənbə günü o, 26 yaşında vəfat edib.
Mərhum boksçu, Evansla döyüşə qədər peşəkar rinqdə 1 heç-heçə olmaqla 11 qələbə qazanıb.
Aznews.az //
Sfera.az