Klublarımız məğlub oldular

Klublarımız məğlub oldular
 
Dünən Avropa Liqası çərçivəsində keçirilən görüşlərdə ölkəmizi təmsil edən hər iki komanda məğlub olub. İlk görüş Qəbələnin eyni adlı komandasıyla Alamniyanın "Maynts” klubuyla Bakıda keçirilib.
İlk turda səfərdə "Anderlext”lə bacarmayan "Qəbələ”ni bu dəfə də çətin sınaqla üzləşib. Cari mövsümdə Avroliqanın hər 4 təsnifat mərhələsində doğma meydanda qalibiyyətə sevinən "Qəbələ” ənənəni davam etdirə bilməyib: Roman Qriqorçukun yetirmələri 2:3 hesabı ilə məğlub olublar.
  
Təmsilçimiz bu görüşə itkilərlə çıxıb. Belə ki, cəzalı Teo Uiks və zədəli Nika Kvekveskiri "qırmızı-qaralar”a vacib qarşılaşmada kömək edə bilməyib.
Ölkə çempionu "Qarabağ” isə səfərdə böyük hesablı məğlubiyyətlə üzləşib. Ağdam klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Fiorentina”nın qonağı olub.
 
İlk turda Bakıda "Slovan”la heç-heçə edən "Qarabağ”ı bu dəfə çətin səfərdə ağır məğlubiyyətə üzülüb. 5:1. Ağdamlılar matça fəal başlasa da, 30-cu dəqiqədə Elvin Yunuszadənin aldığı qırmızı vərəqə bütün planları korlayıb.
 
İlk hissədə 5 dəqiqə ərzində 3 qol buraxan Qurban Qurbanovun yetirmələri, ikinci hissədə daha iki dəfə öz qapısından top çıxarmağa məcbur olub.
 
Çempionumuzun gücü isə yalnız təsəlli qoluna çatıb. Matça əlavə olunmuş 2-ci dəqiqədə Ndlovu fərqi azaldıb.
 


OXŞAR XƏBƏRLƏR