İlon Maskın bu ilki zərəri açıqlandı: Ötən ilki qazancından çox..

İlon Maskın bu ilki zərəri açıqlandı: Ötən ilki qazancından çox..

“Tesla”, “SpaceX” və “Twitter”in rəhbəri İlon Mask bu il təxminən 122,6 milyard dollar itirib.

 

Sfera.az bildirir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

 

Qeyd olunub ki, sözügedən vəsait itkisi iş adamının 2021-ci ildə qazandığı məbləğdən çoxdur. Nəşrin məlumatına əsasən, Maskın xalis sərvəti təxminən 147,7 milyard dollar təşkil edir və bu da son iki ildən artıqdır ki, ən aşağı dəyərdir.

 

İş adamının kapitalı əsasən, “Tesla”nın səhmləri və opsionlarından ibarətdir.

 

Qeyd edək ki, Mask ötən gün səhmlərinin qiyməti oktyabr ayından bəri ən aşağı səviyyəyə endiyi üçün 7,7 milyard dollar itirib. “Bloomberg”ə görə o,  milyarderlər sıralamasında ikinci sıradadır. Reytinqə LVMH şirkətlər qrupunun (Louis Vuitton Moet Hennessy) prezidenti Bernard Arnault başçılıq edir. Onun sərvəti təxminən 161 milyard dollardır.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...