Funt sterlinqin yeni variantı belə olacaq – FOTO

İqtisadiyyat
11:49 / 21.12.2022
8337
İngiltərə Bankı Kral III Çarlzın təsviri olan yeni əskinasların dizaynlarını paylaşıb.
Sfera.az xəbər verir ki, 5, 10, 20 və 50 sterlinqlik əskinaslarda yeganə dəyişiklik portret olacaq. Hazırkı əskinaslarda sentyabr ayında vəfat edən Kraliça II Elizabetin şəkli var. Yeni əskinasların üz tərəfində Kral III Çarlzın portreti əks olunacaq.
Yeni əskinaslar 2024-cü ildə döviriyyəyə buraxılacaq.
Vasif