Polis Bərdədə əməliyyat keçirdi: Saxlanılanlar var

Polis Bərdədə əməliyyat keçirdi: Saxlanılanlar var

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son günlərdə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda və quldurluq əməli törətməkdə şübhəli bilinən ümumilikdə 8 nəfər saxlanılaraq məsuliyyətə cəlb ediliblər.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Qax rayon sakini, əvvəllər məhkum edilmiş İsmayıl Həmidov saxlanılıb. Onun üzərində aparılan şəxsi baxış zamanı polietilen bükümlərdə qablaşdırılmış təmiz çəkisi 2 kiloqram 235 qram olan heroin və təmiz çəkisi 540 qram olan marixuana aşkar edilərək götürülüb. İ.Həmidovun əlbir olduğu şəxs və ya şəxslərin yerinin müəyyən olunaraq saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

 

Həmçinin şöbə əməkdaşlarının keçirdikləri ardıcıl tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 6 nəfər də saxlanılıb. Əməliyyat tədbirləri nəticəsində ümumilikdə 4 kiloqrama yaxın müxtəlif adda narkotik vasitələr aşkar edilərək götürülüb.

 

Bundan başqa rayon ərazisində qadına qarşı quldurluq əməli törədən 1 nəfər də tutularaq cinayət məsuliyyətinə cəlb edilib.

 

Qeyd edilən faktlarla bağlı Bərdə RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

“Bred Pitt” qadınların 325 min avro pulunu mənimsəyib

İspaniya hakimiyyəti iki qadının 325 min avro pulunu aldatmaqla mənimsəyən, fırıldaqçılıqla məşğul olan beş nəfəri həbs edib.   Sfera.az bildirir ki, ş...

100 ildən çoxdur tərk edilib: Sahibi “Titanik”də ölən qəsr

Şəhər tədqiqatçısı və bloqqer (deserted_places) Fransada sahibinin 1912-ci ildə Titanikdə faciəvi şəkildə ölməsindən sonra tərk edilmiş qalanı ziyarət edib. ...

Heç nə etmədən gündə yüzlərlə dollar qazanır - FOTO

Dünyanı gəzən macəraçı Dryu Binski yaponiyalı Şoji Morimotonu işə götürüb. Bu adam bir neçə saat üçün təxminən 100 dollara "bir müddət dost" kimi işlə...

Rusiyada ukraynalılara qarşı 5 mindən çox cinayət işi başlanılıb

2014-cü ildən bəri Rusiya istintaq orqanları Ukrayna hərbi və siyasi hakimiyyət orqanlarının nümayəndələrinə, o cümlədən millətçi strukturlara qarşı 5300-dən ço...

Blinken:Sülh sazişi regiona sabitlik və rifah gətirəcək

ABŞ Dövlət Departamenti sentyabrın 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın BMT Baş Assamble...

Azərbaycanda Anım Günüdür

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür.   Sfera.az bildirir ki, Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təs...