\"Xəzər TV\"də hava xəbəri \"Təbrizim\" şeiri ilə başladı - VİDEO

\

Bu gün "Xəzər TV"də hava xəbəri Süleyman Rüstəmin "Təbrizim" şeirindən bir bəndlə başlayıb. 

 

Sənin çiçəyinə, gülünə qurban!

Mənə qardaş deyən dilinə qurban!

Vətəninə qurban,elinə qurban!

Baxdığca hüsnünə doymayır gözüm

Təbrizim,təbrizim, aman təbrizim

Yox olsun başından duman Təbrizim!

 

Elə bu gözəl misralardakı kimi, sabah Təbrizin səması da buludsuz, dumansız, günəşli olacaq. Temperatur gündüz 13, gecə 3 dərəcəni göstəcək. Ərdəbil Və Urmiyada da havalar ara-ara küləkli olsa da, günəşli hava şəraiti üstünlük təşkil edəcək. Ərdəbildə temperatur gündüz 12, gecə 5 dərəcəni, urmiyada gündüz 14, gecə 5 dərəcəni göstərəcək. Bir sözlə, Cənubi Azərbaycan üçün Günəşli sabahlar çox yaxındadır.

 


OXŞAR XƏBƏRLƏR