Moskvada Yeni il şənlikləri LƏĞV OLUNDU

Siyasət
20:35 / 18.11.2022
9925
Rusiyanın paytaxtı Moskvada Yeni il şənlikləri və atəşfəşanlıq ləğv olunub.
Sfera.az xəbər verir ki, bunu Moskva meri Sergey Sobyanin deyib.
“Moskva bayramları şəhərimizə yaraşan şəkildə bəzəkli qarşılanacaq. Lakin biz bu il atəşfəşanlıqdan və böyük konsertlərdən imtina etməyi məqbul hesab edirik. Atəşfəşanlıq olmayacaq”, - deyə mer bildirib.
Onun sözlərinə görə, Moskvada Yeni il tədbirləri yalnız hərbçilərə həsr olunacaq.