Hacıqabulda avtomobil kanala düşdü - Ata öldü, oğul yaralandı

Hacıqabulda avtomobil kanala düşdü - Ata öldü, oğul yaralandı

Hacıqabulda ata və oğlun olduğu avtomobil kanala aşıb, ata ölüb, oğlu xəsarət alıb.

 

Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul rayonunun Abdulabad kəndidə qeydə alınıb.

 

Rayonun Kolanı kənd sakini, 1996-cı il təvəllüdlü Ağayev Azad Əlizamin oğlunun idarə etdiyi “VAZ-2106” markalı avtombil yoldan çıxaraq kanala aşıb. Nəticədə avtobildə olan sərnişin - sürücünün atası, Kolanı kənd sakini, 1958-ci il təvəllüdlü Ağayev Əlizamin Soltan oğlu avtomobilin içində boğularaq hadisə yerində ölüb. Qəza zamanı xəsarət alın sürücü Şirvan xəstəxanasına yerləşdirlib.

 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR