Göygöldə avtomobil qəzası oldu, xəsarət alanlar var

Göygöldə avtomobil qəzası oldu, xəsarət alanlar var

Göygöl rayonunun Yalqışlaq kəndində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Sfera.az-ın məlumatına görə, iki minik avtomobilinin toqquşması nəticəsində, 1963-cı il təvəllüdlü Ş.Muradov və 1986-ci il təvəllüdlü E.Vəliyev xəsarət alıb.

 

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR