Müavinət alan uşaqların sayı azalıb - MƏBLƏĞLƏR

Cəmiyyət
15:22 / 09.09.2022
9286
Azərbaycanda son 3 ildə müavinət alan uşaqların sayı azalıb.
Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, 2019-cu ildə 401 249 uşaq, 2020-ci ildə 411 823 uşaq müavinət aldığı halda, ötən il müavinət alan uşaqların sayı 397 minə düşüb.
Uşaqların aldığı müavinətlərin məbləği fərqlidir. Ən yüksək aylıq ödəniş övladlığa götürülәn uşağa görә verilib. Bu müavinәtin məbləği 213 manat olub.
Sağlamlıq imkanları mәhdud 18 yaşınadәk uşaqlara verilən müavinətin məbləği 150 manat, valideynlәrini itirmiş vә valideyn himayәsindәn mәhrum olmuş uşaqların qәyyumlarına (himayәçilәrinә) verilən müavinət 100 manat, ailә başçısını itirmәyә görә verilən müavinət isə 80 manatdır.
Vasif,
Sfera.az