“Neftin qiyməti 65 dollara düşə bilər” – Vüqar Bayramov

“Neftin qiyməti 65 dollara düşə bilər” – Vüqar Bayramov

“Neftin dünya bazar qiyməti 1 gündə 7 faizdən çox ucuzlaşıb. Bir gün öncə bir bareli 94 dollara satılan “Brent” markalı nefti indi 88 dollardan ucuz təklif olunur. Avqustun son iş həftəsinin ilk günü ilə müqayisədə isə neft 17 faizdən çox dəyərsizləşib”.


Sfera.az xəbər verir ki, bunu millət vəkili, iqtisadçı Vüqar Bayramov neft qiymətlərinin enməsini şərh edərkən bildirib.


İqtisadçı hesab edir ki, neftin qiymətindəki son azalmalar qlobal iqtisadiyyatdakı resessiya riskinin güclənməsi ilə bağlıdır:

 

“Rusiya-Ukrayna müharibəsi kontkestində 2022-ci il üçün qlobal iqtisadi artım proqnozu 4.1 faizdən 2.9 faizədək azaldılıb. Avropa İttifaqı üçün də bu ilki proqnozlara yenidən baxılıb. İlin əvvəlində 4.0 faiz artım proqnozlaşdıran avropalılar bu göstəricini 2.8 faizədək azaldıblar. Bütün bunlar neftə olan tələbin azalacağı ilə bağlı bazar tərəddüdlərini artırıb və bu da qiymətlərdə müşahidə olunmaqdadır. 


Dünyada ikinci ən böyük neft istehlakçısı olan Çin pandemiya səbəbindən iqtisadi məhdudiyyətləri genişləndirir. Bu isə Çin iqtisadiyyatındakı gözlənilən artımlara nail olmaqda çətinlik yaradır. Sərt qaydalar səbəbindən hazırda Çində 65 milyon insan sərt karantin rejimində yaşayır”. 


V.Bayramov qeyd edib ki, bu vəziyyətdə Qərbin İranla danışıqları daha da intensivləşib:

 

“İrana qarşı sanksiyaların yumşalacağı halda gələn ilin ikinci yarısı neftin bir barelinin qiymətinin 65 dollaradək ucuzlaşacağı istisna edilmir. Bütövlükdə, qlobal durğunluq, bazara daha çox neftin çıxarılması kimi proseslər neft bazarı üçün nikbinlik vəd etmir. Təbii ki, neftin qiyməti yalnız iqtisadi deyil, eyni zamanda siyasi faktorlardan asılı olduğundan istənilən zaman bazarda sıçrayışlar istisna edilmir. Neft bazarındakı proqnozlaşdırılmayan volatillik bir daha təsdiq edir ki, enerji resursları ilə zəngin ölkələr üçün güclü qeyri-neft sektoru formalaşdırmaq alternativsizdir. Neft bazarındakı sıçrayışlar istənilən zaman neft gəlirlərini kəskin azalda bilər”.

 

Vasif,
Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...