Paşinyan göstəriş verdi, noyabr ayında sülh sazişi bağlayacaq - "Görək, sözünə əməl edəcək?"

Paşinyan göstəriş verdi, noyabr ayında sülh sazişi bağlayacaq -

Ermənistan Baş naziri Nikol Paşinyan Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Brüsseldə görüşdükdən sonra İrəvanda dar çərçivədə görüş keçirib. Bunu Ermənistanın yerli nəşrləri yazıb. Məlumata görə, hökumət başçısı müzakirə iştirakçılarına əldə olunan razılaşmaları ətraflı təqdim edib.

 

“Past” qəzetinin yazdığına görə, N.Paşinyan Azərbaycanla yekun sülh sazişinin mətni üzərində işin sürətləndirilməsini tapşırıb. Məlumatda bildirilib ki, saziş mətninin ilkin variantı noyabrın ortalarına qədər hazır olmalıdır.

 

Nəşrin Xarici İşlər Nazirliyindəki mənbəsinin məlumatına görə, artıq bir aydan çoxdur ki nazirlikdə xüsusi qrup fəaliyyət göstərir və bütün diqqət bu məsələyə yönəlib.

 

Mövzu barədə fikirlərini Sfera.az-la bölüşən millət vəkili Asim Mollazadə bildirib ki, Paşinyan 44 günlük müharibədən sonra hər bir imkandan istifadə edərək üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmağa çalışır:

 

“Paşinyan sanki nələrinsə dəyişəcəyinə ümid edir və beləliklə, prosesdən və acı məğlubiyyətdən qaçmaq imkanının olacağını düşünür. Sonuncu Brüssel görüşündən sonra Paşinyanın üzərində yeni öhədəliklər var. Qısa müddətdə sülh sazişi üzərində çalışmaq üçün guya göstəriş verib, lakin baxaq görək, bu göstəriş nə qədər müddətdə yerinə yetiriləcək və nəticə necə olacaq?".

 

Yeganə

 

 

 


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...