Azərbaycan Dağlıq Qarabağa səfər edənlərə xəbərdarlıq etdi

Azərbaycan Dağlıq Qarabağa səfər edənlərə xəbərdarlıq etdi
Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb.
 
Bəyanatda deyilir:
 
"Kütləvi informasiya vasitələrində verilən məlumata görə Ermənistan tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "müstəqilliyinin 25 illiyi” bəhanəsi ilə 2-3 sentyabr tarixlərində İrəvanda konfransın keçirilməsi və konfrans iştirakçılarının işğal olunmuş ərazilərə səyahətinin təşkil olunması planlaşdırılır. Həmçinin, 15-18 sentyabr tarixində Xankəndidə beynəlxalq gənclər konfransının təşkil edilməsi və digər bu kimi təxribatçı tədbirlərin keçirilməsi nəzərdə tutulur. Ermənistan Azərbaycana qarşı müharibəyə başlayıb, gücdən istifadə edərək Azərbaycan ərazilərinin 20 faizini işğal edib və 1 milyona yaxın azərbaycanlını etnik təmizləməyə məruz qoyub, işğal olunmuş ərazilərdə çoxsaylı hərbi və bəşəriyyət əleyhinə cinayətlər, soyqırımı əməlləri törədib.
 
Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalının nəticəsidir. Avropa İnsan Hüquqları Məhkəməsinin 16 iyun 2015-ci il tarixli "Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə çıxardığı qərarında da təsdiq edildiyi kimi, bu rejim Ermənistanın idarəçiliyi və nəzarəti altındadır və Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi sayəsində öz mövcudluğunu davam etdirir”.
 
Bəyanatda qeyd olunub ki, beynəlxalq ictimaiyyət qəti şəkildə Ermənistan tərəfindən Azərbaycana qarşı hərbi gücdən istifadəni və onun torpaqlarının işğalının nəticələrini davamlı olaraq qınayıb: "1993-cü ildə BMT Təhlükəsizlik Şurası 822, 853, 874 və 884 saylı qətnamələr qəbul edib, Azərbaycana qarşı gücdən istifadəni və onun ərazilərinin işğalını pisləyib, eyni zamanda Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü, o cümlədən beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını bir daha təsbit edib. Bu qətnamələrdə Təhlükəsizlik Şurası Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi təsdiq edib və işğalçı qüvvələrin bütün işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxmasını tələb edib. Digər beynəlxalq təşkilatlar da buna oxşar sənədlər qəbul edib.
 
Münaqişənin həlli istiqamətində konstruktiv addımlar atmaq əvəzinə qondarma rejimin "müstəqilliyinin 25 illiyi” bəhanəsi ilə Ermənistanın təşkil etməyə çalışdığı növbəti təxribatçı tədbirlər prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərinin ruhuna zidd olaraq, münaqişənin həlli üzrə ATƏT Minsk qrupunun həmsədr dövlətlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə xələl gətirir, regionda davamlı sülhün təmin olunması istiqamətində atılan səylərə fayda vermir. Bu tədbirlər Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin təbliğinə və məqsədyönlü təxribat cəhdlərinə xidmət edir.
 
Qondarma rejimin "müstəqilliyinin 25 illiyi” adı altında keçirilən bu tədbirlərə dəvət edilmiş şəxsləri beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etməyə, təxribat məqsədlərinə xidmət edən bu kimi tədbirlərdən kənar durmağa və işğal edilmiş Azərbaycan ərazilərinə səfərlərdə iştirak etməkdən çəkinməyə çağırırıq. İşğal olunmuş Azərbaycan ərazilərinə səfər edənlər Azərbaycanın qanunları pozur və həmin şəxslərə münasibətdə onların ölkəmizə gələcək səfərlərinə qadağa qoymaq da daxil olmaqla, Azərbaycan hökuməti tərəfindən müvafiq tədbirlər görüləcək”.


OXŞAR XƏBƏRLƏR

Alimlər robotlara düzgün qərarları tez qəbul etməyi öyrədiblər - YENİ KƏŞF

Kaliforniya Texnologiya İnstitutunun alimləri real vaxt rejimində robotların hərəkətini idarə edə bilən Spectral Expansion Tree Search (SETS) alqoritmini işləyi...

Bu milyarderin də "gizli" arvadı tapıldı - Özündən 47 yaş kiçik

80 yaşlı milyarder Larri Ellisonun 33 yaşlı "gizli" arvadının olduğu üzə çıxıb.   Sfera.az xəbər verir ki, bu barədə "Daily Best"...

Məbəddə 70 cəsəd və 600 timsah gizlədib - Polis araşdırma aparır

Tailand polisi ruhanilər arasında məşhur olan məbədə basqın edib. Burada 73 cəsəd, həmçinin 600 timsahın olduğu gölməçə tapıb. Abbat iddia edir ki, cəsədlər rah...

İspaniyada səlahiyyətlilər bir sifarişlə turist şəhərini xəyala çevirdilər - FOTO

İspaniyada hakimiyyət bir fərmanla gözəl kurort ərazisini xəya şəhərinə çevirib. İnsanlar oradan çıxarılıb və geri qayıda bilmirlər, çünki sənəd heç vaxt ləğv o...

Məhəmməd İngiltərədə oğlan uşaqlarına verilən ən məşhur ad olub

Ərəb adı Məhəmməd indi İngiltərə və Uelsdə oğlanlar üçün ən populyar ada çevrilib. Bu ad rəsmi reytinqlərdə Nuh adını geridə qoyub. Milli Statistika İdarəsinin ...

Ətin bahalaşma SƏBƏBLƏRİ - VİDEO

Son illərdə respublikamızda qoyunçuluğun inkişaf dinamikasında azalma müşahidə edilib. Statistikaya görə, bu ilin yanvar-sentyabr aylarında xırda buynuzlu heyva...