İlham Əliyev alman məskənləri ilə bağlı sərəncam imzaladı

İlham Əliyev alman məskənləri ilə bağlı sərəncam imzaladı
Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında sərəncam imzalayıb.

Sfera.az-ın xəbərinə görə, sərəncamda deyilir ki, Azərbaycanda yüzillər boyu bərqərar olmuş tolerantlıq mühiti XIX əsrin əvvəllərində buraya köçürüldükləri ilk vaxtlardan alman mühacirlərinin yerli əhali ilə qısa müddətdə dərin ünsiyyət qurması üçün əlverişli zəmin yaratmışdır. Məskunlaşdıqları və qaynayıb qarışdıqları bu yerləri İkinci Dünya müharibəsi dövründə tərk etmək məcburiyyətində qalsalar da, onların özlərindən sonra qoyub getdikləri tarixi-mədəni irsi Azərbaycan xalqı multikultural təbiətinə sadiqlik nümayiş etdirərək lazımınca qoruyub saxlamışdır. Bir-birinin milli dəyərlərinə qarşılıqlı hörmət və ehtiram Azərbaycan və alman xalqlarının mədəni əlaqələrini səciyyələndirən başlıca cəhətdir. Alman şərqşünasları Azərbaycan xalqının möhtəşəm söz sənəti yadigarlarının dünya elm aləminə tanıdılmasında mühüm xidmətlər göstərmiş, alman memarları isə Azərbaycanda şəhərsalma mədəniyyətinə dəyərli töhfələr vermişlər.

 

2017-ci ildə Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi tamam olur. Azərbaycan xalqının tarixi və mədəniyyətində dərin iz qoymuş bu hadisənin UNESCO-nun "2016–2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilməsi təqdirə layiqdir.

 

Sərəncamda qeyd olunur ki, Azərbaycanın multikultural ənənələrə malik çoxəsrlik tolerantlıq məkanı kimi təbliğində böyük əhəmiyyətini nəzərə alaraq, Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200-cü ildönümünün layiqincə qarşılanmasını təmin etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi Xarici İşlər Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyinə həsr olunmuş tədbirlərə dair xüsusi proqram hazırlayıb həyata keçirsin.


Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


Publika.az //

Sfera.az

 

 
 


OXŞAR XƏBƏRLƏR

Laçında ayıların görüntüsü maraqla qarşılandı - VİDEO

Laçında ayı və üç balasının görüntüsü maraqla qarşılanıb.   Sfera.az xəbər verir ki, bununla bağlı video sosial şəbəkələrdə yayılıb.   Söz...

Sabah hava necə olacaq? - PROQNOZ

Bakıda və bölgələrdə havanın əsasən yağmursuz keçəcəyi, arabir yağıntılı olacağı gözlənilir.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidromet...

Yaşıl enerji sahəsində sazişə düzəliş protokolu təsdiqləndi

Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında bu il sentyabrın 3-də Buxarest şəhərində imzalanmış yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində stra...

Prezidentdən siyasi partiyalarla bağlı FƏRMAN

Prezident İlham Əliyev Fərman imzalayıb.   Sfera.az xəbər verir ki, Fərmana əsasən, “Siyasi partiyalar haqqında” Azərbaycanın 2022-c...

Azərbaycanda AĞIR QƏZA - Ölən var

Ağsu-Kürdəmir avtomobil yolunun Ağsu rayonunun Hacısəmədli kəndi ərazisindən keçən hissəsində qəza baş verib.   DİN-in mətbuat xidmətinin Şəki region...

Uşaqları sosial şəbəkələrdə olan təhlükələrdən necə qoruyaq? - Ekspertdən ÇAĞIRIŞ

İnternet və sosial şəbəkələr müasir dövrdə həyatımızın ayrılmaz bir parçasına çevrilib. Artıq internet platformalarından nəinki ünsiyyət və əyləncə üçün, eyni z...