Şəhriyar Məmmədyarov Aronyanla qarşılaşdı

Şəhriyar Məmmədyarov Aronyanla qarşılaşdı
Bu gün Rumıniyanın paytaxtı Buxarestdə "Grand Chess Tour” seriyasının ilk mərhələsi olan "Superbet Chess Classic” şahmat turnirinin 9-cu turunun oyunları keçirilib.

Sfera.az xəbər verir ki, yarışda iştirak edən Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov son turda ABŞ təmsilçisi Levon Aronyanla üz-üzə gəlib. Qara fiqurlarla mübarizə aparan şahmatçımızın qarşılaşması heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, Ş.Məmmədyarov turnirdə 3,5 xal toplayıb. Belə ki, qrossmeysterimiz əvvəlki turlarda Yan Nepomnyaşiyə (FIDE) qalib gəlib, ABŞ təmsilçiləri Uesli So, Fabiano Karuana və Leyner Domingesə uduzub, macarıstanlı Riçard Rapport, Maksim Vaşye-Laqrav (Fransa), Boqdan Daniel-Deak (Rumıniya) və Alireza Firuzca (Fransa) ilə heç-heçə edib.

Dairəvi sistem üzrə təşkil olunan turnirin ümumi mükafat fondu 350 min ABŞ dollarıdır.

Xatırladaq ki, Ş.Məmmədyarov 2021-ci ildə keçirilmiş "Superbet Chess Classic” turnirinin qalibi olub.
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR1

Şəkidə narkotiklə saxlanılan şəxsin digər cinayət əməlinin də üstü açıldı

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvv...

Məşhur müğənniyə qəribə sual ünvanlandı: “Kişiyə ehtiyacın olmur?”

İzləyiciləri sosial medianı aktiv istifadə edən türkiyəli müğənni Gülben Ergenə qəribə sual ünvanlayıb. Sfera.az bildirir ki, ara-sıra “Instagram&rdq...

Çernobıl əlilləri ilə bağlı YENİ QƏRAR

Çernobılda zərər görən azərbaycanlılara əlillik müddətsiz təyin olunacaq.   Baş nazir Əli Əsədov bununla bağlı Nazirlər Kabinetinin “Əlilliyin ...

Azərbaycanda SAT-ın imtahan suallarını satanlar həbs edildi

Xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul olmağa hüquq verən beynəlxalq proqram üzrə imtahan suallarının qanunsuz satışını təşkil edən şəxslər həbs edili...

Ən yüksək pensiya Bakı sakinlərinə verilir

Dövlət Statistika Komitəsi şəhər və rayonlar üzrə pensiyaların orta məbləğini açıqlayıb. Sfera.az həmin məlumatlara istinadən xəbər verir ki, 2022-ci ilin ap...

Ermənipərəst müğənninin Bakı konserti ləğv olundu

Rusiyalı müğənni Lübov Uspenskayanın oktyabrın 9-da Bakı Konqres Mərkəzində keçirilməsi gözlənilən konserti ləğv olunub. Vesti.az-ın yazdığına görə, ermənipə...