Minsk-Varşava münasibətləri pisləşir - Lukaşenko səfiri geri çağırdı

Minsk-Varşava münasibətləri pisləşir - Lukaşenko səfiri geri çağırdı
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin Polşadakı səfiri Vladimir Çuşyevi tutduğu vəzifədən azad edib.

Sfera.az xəbər verir ki, bu barədə Belarus mətbuatı məlumat yayıb.

"Belarus Konstitusiyasının 84-cü maddəsinin 20-ci bəndinə uyğun olaraq, Çuşyev Vladimir Nikolayeviç Belarus Respublikasının Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilsin”, – fərmanda bildirilir.

Qeyd edək ki, 2021-ci ilin iyunundan Avropa İttifaqı Belarusa qarşı iqtisadi sektoral sanksiyalar tətbiq edib. (Teleqraf.com)
 

OXŞAR XƏBƏRLƏR