“Bu, bizə atalarımdan qalan mirasdır” - İlham Əliyev

“Bu, bizə atalarımdan qalan mirasdır” - İlham Əliyev
"Bu gün də biz bir yerdəyik. Qarabağın bərpasında bir yerdə işləyirik. Bir çox Türkiyə şirkətləri, o cümlədən bu hava limanını inşa edən şirkət də Qarabağda bərpa işləri ilə məşğuldur”.

Sfera.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Rize-Artvin Hava Limanının açılışında deyib.

"Minlərlə türk qardaşımız bu gün Azərbaycanda Qarabağın bərpası ilə bağlı öz işini görür, öz sözünü deyir. Biz dünya miqyasında bir-birinə ən yaxın ölkələrik.
Ölkələrimiz çox böyük sınaqlardan keçib. Keçən il Şuşa şəhərində birgə bəyannamə imzalanması əlaqələrimiz müttəfiqlik səviyyəsinə qaldırdı. Bu, bizə atalarımdan qalan mirasdır, vəsiyyətdir və biz buna sadiqik”, - dövlət başçısı qeyd edib.
 

OXŞAR XƏBƏRLƏR