Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı, ÖLƏN YOXDUR
16:49 / 14.05.2022
2612
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 yeni yoluxma faktı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 668 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 904 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib. 55 nəfər aktiv xəstə sayını təşkil edib.