Britaniya kəşfiyyatı Rusiyanın \"Xerson planı\"nı açıqladı

Britaniya kəşfiyyatı Rusiyanın \
Moskvanın Xersonda yalnız rusiyapərəst yerli şəxsləri rəhbərliyə daşıması Rusiya işğalının Ukraynada siyasi məqsədlərinə çata bilmədiyini göstərir.

Sfera.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin gündəlik kəşfiyyat icmalında məlumat verilib. Qeyd edilir ki, Rusiyanın Xersonda yaratdığı "hərbi-mülki administrasiya” Kremldən Xerson vilayətini Rusiya Federasiyasının tərkibinə daxil etməyi xahiş edəcək.

"Rusiyanın ilkin işğal planının mərkəzi hissəsi çox güman ki, Ukraynanın əksər bölgələrini uzunmüddətli Rusiyayönlü idarəçilik altına salmaq üçün saxta referendumlar keçirməkdən ibarətdir", - məlumatda deyilir.

Britaniya kəşfiyyatı bəyan edib ki, əgər Rusiya Xersonda məlum proseslə bağlı referendum keçirsə, o, demək olar ki, nəticələri saxtalaşdıracaq, və bölgənin Ukraynadan çıxmağın lehinə aydın çoxluğu göstərəcək.

"Xerson vilayətinin vətəndaşları çox güman ki, Rusiya işğalına qarşı öz etirazlarını nümayiş etdirməkdə davam edəcəklər”, - kəşfiyyatın məlumatıda qeyd edilib. (Azvizion)
 

OXŞAR XƏBƏRLƏR