General Etibar Mirzəyev Türkiyədə rəsmi görüşlər keçirdi - FOTO

General Etibar Mirzəyev Türkiyədə rəsmi görüşlər keçirdi - FOTO
Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev İstanbulda Türkiyənin daxili işlər nazirinin müavini İsmayıl Çataklı, Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) rəhbəri Yunus Sezər və AFAD-ın Baş əməliyyat idarəsinin rəisi Yusuf Aysu ilə görüşüb.

Sfera.az xəbər verir ki, ikitərəfli əməkdaşlığın dostluq və qardaşlıq əsasında davam etdiyini qeyd edən nazir müavini Etibar Mirzəyev, Azərbaycan-Türkiyə əlaqələrindən danışaraq BMT çərçivəsində fəaliyyət göstərən Beynəlxalq Axtarış-xilasetmə üzrə Məşvərətçi Qrupu tərkibində iki qardaş ölkənin müvafiq qurumlarının səmərəli əməkdaşlığının əhəmiyyətini vurğulayıb. Nazir müavini bildirib ki, ikitərəfli görüşlər, təlimlər və məsləhətləşmələr fəaliyyət imkanlarının artırılmasına, eyni zamanda 2022-ci ilin sonunda Azərbaycanda keçiriləcək beynəlxalq INSARAG klassifikasiyasının hazırlıq prosesinə əvəzsiz töhfə verəcək. O, Azərbaycan FHN-in  Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin INSARAG klassifikasiyasından uğurla keçməsi üçün verdiyi dəstəyə görə Türkiyə tərəfinə təşəkkür edib.

İsmayıl Çataklı Türkiyədə baş vermiş təbii fəlakətlər zamanı Azərbaycan tərəfindən edilən yardımlara görə Prezident İlham Əliyevə və qardaş ölkə Azərbaycana təşəkkürünü bildirib. Nazir müavini ölkələrimizin müvafiq qurumları arasında axtarış və xilasetmə sahəsində əməkdaşlığın uğurla davam etdirilməsində səylərinə görə Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərova təşəkkür edib.

Görüşdə iştirak edən AFAD rəhbəri Yunus Sezər axtarış və xilasetmə sahəsində məlumat və təcrübə mübadiləsinin aparılmasının mütəmadi olaraq həyata keçirilməsinin vacibliyini vurğulayıb. Y.Sezər, həmçinin birgə təlimlərin təşkili, qarşılıqlı səfərlərin və aidiyyəti üzrə işçi görüşlərin həyata keçirilməsi məsələləri ilə bağlı fikirlərini bölüşüb. O, eyni zamanda Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin INSARAG klassifikasiyasından müvəffəqiyyətlə keçməsi üçün AFAD tərəfindən lazımi dəstəyin davam etdiriləcəyini qeyd edib.
 

OXŞAR XƏBƏRLƏR

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal: 14 qol vuruldu

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal qeydə alınıb.   Sfera.az xəbər verir ki, yarımfinal mərhələsində 14 qol vurulub.    Belə...

Macarıstan Azərbaycanın enerji sektoruna 2 mlrd. dollar YATIRDI

Macarıstanın MOL şirkətinin Azərbaycanın enerji sektoruna investisiyaları 2 milyard dollar təşkil edib.   Sfera.az xəbər verir ki, bunu bu gün Bakıda...

Azərbaycanda ən çox və ən az çörək yeyilən REGİONLAR - SİYAHI

Azərbaycan əhalisi dünyada ən çox çörək və çörək məhsulları istehlak edən xalqlardandır. İl ərzində əhali adambaşına 133 kq çörək və çörək məhsulları istehlak e...

Macarıstan XİN başçısı: “Azərbaycanla tərəfdaşlığı inkişaf etdirmək üçün ciddi səy göstəririk”

Macarıstan Azərbaycanla tərəfdaşlığın inkişafı üçün ciddi səy göstərir.   Sfera.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri P...

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. &nb...

"Bu, Rusiya üçün təhlükədir" - Rəsmi Moskvadan Polşaya SƏRT MESAJ

“NATO-nun Polşadakı nüvə obyektləri Rusiya üçün qanuni hədəfə çevriləcək”.   Sfera.az bildirir ki, bunu Rusiya Federasiyası xarici işlər...