Ayda bitki yetişdirmək mümkün oldu - FOTO

Ayda bitki yetişdirmək mümkün oldu - FOTO
Tədqiqatçılar ilk dəfə Ay torpağında tərəyə bənzər bitki yetişdirməyə nail olublar. 

Sfera.az xəbər verir ki, ABŞ-ın Florida Universitetinin tədqiqatçıları yarım əsr əvvəl Aydan gətirilən nümunələr üzərində apardıqları işlər nəticəsində həm kosmosun tədqiqinə, həm də bəşəriyyətə xidmət edə biləcək uğura imza atıblar. 1969-1972-ci illər arasında Apollon Kosmik Proqramı zamanı Aydan götürülmüş toz üzərində təcrübələrlə bitki yetişdirmək mümkün olub. 

Amerika Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) tərəfindən maliyyələşdirilən layihənin məqsədi gələcəkdə Ay və Mars kimi kosmosun dərinliklərində uzunmüddətli tədqiqatlara dəstək verməkdir. Burada yerləşdirilən astronavtların öz qida mənbələrini yetişdirərək yaşamağa və işləməyə davam etmələri hədəflənir.


Əzizə Zeynal 


 

OXŞAR XƏBƏRLƏR