Sürücülərə bu yolu ilə bağlı XƏBƏRDARLIQ

Sürücülərə bu yolu ilə bağlı XƏBƏRDARLIQ
"Hazırda Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 88-ci kilometrliyindən başlayaraq paytaxt istiqamətində tikinti-bərpa işləri aparılır. Bununla əlaqədar yolun işlərin aparıldığı hissəsində hərəkət tam olaraq məhdudlaşdırılıb, əks hissədə isə 2 tərəfli hərəkət təşkil edilib, təhlükəsizlik üçün əlavə tədbirlər görülüb, müvafiq nişanlama xətləri çəkilmiş, müvəqqəti yol nişanları quraşdırılıb".
 
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi (DYP) İdarəsindən Sfera.az-a daxil olan müraciətdə bildirilib.
 
DİN-in Baş DYP İdarəsi xüsusilə həftəsonu Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda hərəkət intensivliyinin artacağını nəzərə alıb, eləcə də son günlər sözügedən avtomobil yolunda baş vermiş ağır yol-nəqliyyat hadisələrinin bir daha təkrarlanmaması üçün sürücülərə müraciət edərək onlardan təmir-bərpa işlərinin aparıldığı ərazidə hərəkət edərkən diqqətli olmağı, mövcud vəziyyəti düzgün qiymətləndirməyi, sürət rejiminə, müvəqqəti yol nişanlarının, nişanlama xətlərinin tələblərinə ciddi əməl etməyi, ötmə və manevretmə zamanı ehtiyatlı olmağı xahiş edir.
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR1

Paşinyan da Qazaxıstan variantına əl atır? - "KTMT qoşunlarını Ermənistana dəvət etsə belə..."

Ötən gün “Baza” nəşri məlumatlı mənbələrə istinadən xəbər yayıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyan etiraz aksiyalarının yatırılması üçün Kol...

Putinin qızı Zelenski ilə EVLİ İMİŞ

Rusiya Prezidenti Vladimir Putinin qızı Katerina Tixonova Bavariya Dövlət Baletinin keçmiş bədii rəhbəri İqor Zelenski ilə ailə həyatı qurub. Sfera.az xəbər ...

360 min dollarlıq yardım səhvən onun hesabına göndərildi – “Pulu geri qaytara bilmərəm, çünki…”

Yaponiyada bir bələdiyyə tərəfindən 463 ailə arasında bölüşdürülməsi nəzərdə tutulan təxminən 360 min dollarlıq COVID-19 yardımını təsadüfən götürən şəxs, pulu ...

LGBT əlifbası çap olundu - Məktəblərdə tədris olunacaq

ABŞ-da ibtidai sinif şagirdləri üçün LGBT əlifbası çap olunub və dərslik kimi tədris olunacaq. Bu, gələcəkdə uşaqların daha tolerant, anlayışlı böyüməsi və &nbs...

Unibank biznes sahibləri üçün yay kampaniyası keçirir

Uğurlu biznes sahibinin üstünlüyü onun hər zaman mümkün variantlardan daha yaxşısını seçməsindədir. “Unibank”ın mikro və kiçik sahibkarlar üçün keçi...

Son sutkada peyvənd olunanlar

Azərbaycanda son sutkada 3197 nəfər vaksinasiya olunub.   Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlum...