Şuşa beynəlxalq iclasa ev sahibliyi edəcək
11:25 / 14.05.2022
1438
TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyaların 9-cu iclası Şuşada keçiriləcək.
Bu barədə Azərbaycanın UNESCO-dakı Milli Komissiyasından bildirilib.
"Qürur hissi ilə bildiririk ki, TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyaların 9-cu iclası 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçiriləcək”, - deyə məlumatda bildirilir.