Rusiyanın Qarabağla bağlı YENİ PLANI - Bakıya PUSQU qurdular

Rusiyanın Qarabağla bağlı YENİ PLANI - Bakıya PUSQU qurdular
"Bütün dünyada Rusiya ilə ABŞ, o cümlədən Avropa İttifaqına daxil olan ölkələr arasında çox ciddi müharibə və münaqişə gedir".

Sfera.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Əlimusa İbrahimov deyib. 

O bildirib ki, Rusiya İrəvanla Bakı arasında sülh razılığı ilə bağlı danışıqlar prosesini ləngitmək, onu uzatmaq haqda düşünür:

"Təbii ki, Rusiyanın məqsədi Cənubi Qafqazda da bu mübarizədə qeyd olunan qüvvələrlə mübarizədə qalib gəlməkdir, bu siyasəti də yürüdür. Amma bu gün Rusiyanın Cənubi Qafqazdakı təsiri əvvəlki illərə nisbətən azdır. Digər regionlarda, bölgələrdə çox ciddi münaqişə gedir və bu münaqişə imkan vermir ki, Rusiya Cənubi Qafqazda bir şəkildə bu ölkələrdə öz nüfuzunu artırmaqla məşğul olsun və yaxudd a ki, bu ölkələri öz diqtəsi ilə hərəkət etməyə məcbur etsin. Buna görə də təbii ki, Rusiya Avropanın əlindən Ermənistanla Azərbaycan arasında danışıqlarla bağlı təşəbbüsləri almaq istəyir. 

Rusiyanın bunda məqsədi də odur ki, razılaşmalarda öz maraqlarını müdafiə etsin. Bu maraqlar təbii ki, Rusiya Azərbaycanda da nüfuzunu qoruyub saxlamaq istəyir, o cümlədən Ermənistanda da. Bu maraqların əsas xətti ona gətirib çıxarır ki, Rusiya regionda yerləşdirdiyi sülhməramlıları əvvəlki kimi orada saxlaya bilsin.

Bunu saxlamaq üçün 3 yol var:

1. Azərbaycanla Ermənistan arasında olan sülh müqaviləsinin imzalanmasını ləngitmək

2. Sülh müqaviləsinin imzalanmasına mumiyyətlə imkan verməmək

3. Sülh müqaviləsinin imzalanması prosesini bu və ya digər formada uzatmaq

Rusiya bu dəqiqə sülh müqaviləsinin imzalanması prosesini uzatmağa çalışır. Rəsmi Moskvanın danışılqar prosesini ələ almaqda ən böyük əsas məqsədi elə odur ki, sülhməramlı qüvvələr Azərbaycanda qalsın. 

Bir anlığa təsəvvür edin ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanır və sülh müqaviləsi imzalanandan sonra Azərbaycanın təqdim etdiyi 5 bənddən ibarət olan tələblərdə "Dağlıq Qarabağ" terminindən ümumiyyətlə istifadə edilmir və ora Azərbaycan ərazisi kimi göstərilir, bu haqda ümumiyyətlə söhbət getmir. Amma elə məhz Rusiyanın təsiridir ki, artıq Ermənistan tərəfi əvvəllər olmadığı kimi Qarabağda gedən prosesləri də bu sülh tələblərinə daxil etməyə çalışır, təhlükəsizlik haqqında danışır və sonra "status" məsələsini ortalığa atır. Bu "status" məsələsinin ortalığa atılması Rusiyanın təsiri nəticəsində olub və məhz son zamanlar ortalığa qoyulub. 

Əgər yadınızdadırsa, həm Brüssel görüşlərində, həm ondan əvvəlki görüşlərdə Azərbaycan tərəfinin verdiyi tələbləri qəbul etdiyini qeyd edirdi və əlavə heç nə demirdi. Sadəcə Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizliyi məsələsini qaldırır ki, bizə onların təhlükəsizliyinin təmin edilməsi üçün zəmanət verilməsi lazımdır. Təbii ki, Azərbaycan da bu zəmanəti verir. Amma Ermənistan tərəfinin son bəyanatlarında - həm Paşinyanın nitqlərində, müraciətlərində, həm də xarici işlər naziri Ararat Mirzoyanın dediklərində Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinin təmin olunması ilə yanaşı, sonda da bir sözlə də olsa vurğulayırlar ki, "status" məsələsi də paket şəklində həll olunmalıdır.

Bu, hesab edirəm ki, Rusiyanın ortalığa atdığı və danışıqlar prosesini ləngitmək, onu uzatmaq istiqamətində gördüyü işdir və Rusiya məhz bu məntiqlə yanaşır. Amma bildiyiniz kimi həm Avropada, həm də Ermənistanın özündə artıq prosesə başqa cür yanaşırlar. Onlar birdəfəlik bu məsələni həll etmək, digər müstəvidə münasibətlər qurmaq istəyirlər. Buna sadəcə Rusiya imkan vermir. Ona görə imkan vermir ki, Qarabağ məsələsinin həll olunması və Ermənistanla Azərbaycan, o cümlədən Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması, əlaqələrin genişləndirilməsi və sərhədlərin delimitasiya-demarkasiyası, o cümlədən kommunikasiyaların açılması Rusiyanın mövqeyini zəiflədəcək.

Buna görə də Rusiya çalışır ki, İrəvanla Bakı arasındakı danışıqları öz nəzarəti altında Moskvada keçirsin, bu və digər vasitələrlə Ermənistana təsir etsin. Azərbaycan bu təsir mexanizmindən bir qədər uzaqdır. Azərbaycana təsir etmək üçün Moskvanın imkanları bir qədər zəifdir, ancaq Ermənistanla vəziyyət fərqlidir. Ona görə də Rusiya bu prosesi bu yolla əlində saxlamağa çalışacaq və öz diqtəsini yeritməyə çalışacaq".

 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR1

Son sutkada peyvənd olunanlar

Azərbaycanda son sutkada 3197 nəfər vaksinasiya olunub.   Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlum...

Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artdı - RƏSMİ

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 10 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qə...

Şəkidə narkotiklə saxlanılan şəxsin digər cinayət əməlinin də üstü açıldı

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvv...

Məşhur müğənniyə qəribə sual ünvanlandı: “Kişiyə ehtiyacın olmur?”

İzləyiciləri sosial medianı aktiv istifadə edən türkiyəli müğənni Gülben Ergenə qəribə sual ünvanlayıb. Sfera.az bildirir ki, ara-sıra “Instagram&rdq...

Çernobıl əlilləri ilə bağlı YENİ QƏRAR

Çernobılda zərər görən azərbaycanlılara əlillik müddətsiz təyin olunacaq.   Baş nazir Əli Əsədov bununla bağlı Nazirlər Kabinetinin “Əlilliyin ...

Azərbaycanda SAT-ın imtahan suallarını satanlar həbs edildi

Xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul olmağa hüquq verən beynəlxalq proqram üzrə imtahan suallarının qanunsuz satışını təşkil edən şəxslər həbs edili...