Özünü Qarabağ qazisi kimi təqdim edən şəxs İFŞA OLUNDU - Hadisənin detallarını saxtalaşdırıb - VİDEO

Özünü Qarabağ qazisi kimi təqdim edən şəxs İFŞA OLUNDU - Hadisənin detallarını saxtalaşdırıb - VİDEO
Bir neçə gün əvvəl KİV-də özünü Qarabağ qazisi kimi təqdim edən Ceyhun Məhərrəmovun müxtəlif şəxslər tərəfindən hücuma məruz qalması ilə bağlı xəbərlər yayıldı. Hadisə barədə şikayətçi Zaur Abdullayev tərəfindən saytımıza müraciət ünvanlanıb:
 
"Ceyhun Məhərrəmovun saytlara verdiyi bütün məlumat o, cümlədən özünü Qarabağ qazisi kimi qələmə verməsi həqiqətə uyğun deyil. Həmin şəxs törətdiyi cinayətini ört basdır etmək, hüquq mühafizə orqanlarının işinə kölgə salmaq və cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi güdür.

Onu uzun müddətdir ki, tanıyıram və eyni binada yaşayırıq. Ceyhunun 1980-cı  (42 yaş) təvvəllüdlü olmasını və 44 günlük müharibədə iştirak etmədiyini dəqiq bilirəm. Yaşını nəzərə alsaq isə birinci Qarabağ müharibəsində iştirakı belə qeyri-mümkündür.”

Zaur Abdullayev bildirib ki, binanın həyətində qonşular və dostları ilə birlikdə Ramazan bayramını qeyd edən zaman Ceyhun Məhərrəmov özündən yaşca böyük olan, 54 yaşlı Faiq Abdullayevə nalayiq ifadələr işlədib, müxtəlif bədən xəsarətləri yetirib və hər iki əlində bıçaqla onlara hücum edib. Məlumata görə videoda görünən bütün şəxslər bayramı qeyd edən bina sakinləri olub. 

"Onu da deyim ki, mən sensasiyalı cinayət hadisəsinin əsas fiquru Aqil Babayevin barəsində olan cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışam. Lakin həmin cinayət işi üzrə Ceyhunun şahid və yaxud digər qismdə iştirakından ümumiyyətlə məlumatımız yoxdur. Ceyhun Məhərrəmov planlı şəkildə cinayət hadisəsi törətdikdən sonra bir qrup şəxslə hadisə yerini dağıtmaqla saxtalaşdırmışdır. Həqiqətə uyğun olmayan məlumatları isə saytlarda və sosial şəbəkələrdə paylaşaraq, ictimayətə aldadıb.”

Şikayətçinin sözlərinə görə, Ceyhun Məhərrəmov cinayət əməllərinə don geyindirən, ona himayədarlıq edən və hadisə yerində olan DİN-nin zabiti İsgəndərov Elmir İsgəndər oğludur. Və həmin şəxs vəzifəsindən sui-istifadə edərək polis adına yaraşmayan qanunsuz hərəkətlər edərək, Zaur Abdullayevə zəng edib, hədə-qorxu gəlmişdir. 

Həmçinin, A.Zaur bildirib ki, M.Ceyununun cinayət əməli nəticəsində ona və bina sakinlərinə maddi ziyan vurulması ilə bağlı, eyni zamanda Elmir İsgəndərovdan DİN-nin rəhbərliyinə şikayət ərizələri ünvanlanmışdır. 

OXŞAR XƏBƏRLƏR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...

Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

Rabitəbank müştərilərinin rahatlığını təmin etmək və xidmətlərini daha da əlçatan etmək məqsədilə biznes hesablarının açılması qaydasını asanlaşdırıb. Belə ki, ...