Rusiya XİN Rumıniyanın 10 diplomatını arzuolunmaz şəxs elan etdi
20:38 / 13.05.2022
1724
Moskva Rumıniyanın hərəkətlərinə cavab olaraq, ölkənin Rusiyadakı səfirliyinin on əməkdaşını "persona non-qrata” elan edib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin cümə günü yaydığı məlumatda deyilir.
"Mayın 13-də Rumıniyanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Kristian İstrate Rusiya Xarici İşlər Nazirliyinə dəvət edilib və ona Rumıniyanın Moskvadakı səfirliyinin on əməkdaşının arzuolunmaz şəxs elan edilməsi barədə nota təqdim edilib”, – deyə məlumatda bildirilir.
Xarici İşlər Nazirliyindən qeyd olunub ki, bu tədbir Rumıniyanın aprelin 5-də 10 rus diplomatını ölkədən çıxarmaq qərarına cavab addımı olub.