\"GESCO” mühafizə şirkətinin əməkdaşı karate üzrə çempionatın qalibi oldu - FOTO
19:25 / 13.05.2022
1643
Ümummilli
Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş VKC-növləri
üzrə uşaqlar, yeniyetmələr və böyüklər arasında Azərbaycan Karate Federasiyası
tərəfindən turnir təşkil edilmişdir.
"GESCO”
mühafizə şirkətinin əməkdaşı Muradov Amid 62 kq. çəki dərəcəsində 18 üstü (18+)
yaş qrupunda 1-ci yeri tutaraq qızıl medal və diplomla təltif olunmuşdur.
Qeyd
edək ki, "GESCO” ASC fiziki mühafizənin təmin edilməsi prinsipini əsas alaraq
müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən mühafizə şirkətidir.