BƏƏ prezidenti vəfat etdi

Dünya
12:33 / 18.05.2022
1318
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Xəlifə bin Zayid əl-Nahayan vəfat edib.
Sfera.az-ın məlumatına görə, bu barədə BƏƏ-nin Prezident İşləri üzrə Nazirliyi bildirib.
Ölkədə 40 gün davam edəcək milli matəm elan olunub. Bu müddət ərzində dövlət bayraqları endiriləcək. Üç gün müddətində bütün nazirliklər, dövlət qurumları və özəl müəssisələri bağlı qalacaq.